Ənam Surəsi 45. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Beləliklə də) zalım camaatın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha.
Bünyadov-Məmmədəliyev:
Artıq o zalım tayfanın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha!
Elmir Quliyev :
Беззаконники были уничтожены до основания. Хвала Аллаху, Господу миров!
Ələddin Sultanov:
Beləcə, o zalım qövmün kökü kəsildi. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur.
Kerbelayi Malik ağa:
Beləcə zülm edən (zalım) qövmün kökü kəsildi. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur.
Ələsgər Musayev:
Qətt edildi kökü qoumun - o kəslərin ki, zalim idilər. Həmd Allah üçündür, Rəbbidir aləmlərin!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, zülm etmiş dəstənin kökü nəsli kəsildi. Həmd şükr aləmin aləmdəkilərin Rəbbi olan tək Allaha məxsusdur.
Kövsər Tağıyev:
Beləliklə, zülm edən o qövmün kökü kəsildi. Həmd aləmlərin Rəbbi Allaha məxsusdur.
M.Qənioğlu və T.Bilaloğlu:
Beləliklə haqsızlıq etmiş o adamların kökü kəsildi. Aləmlərin Rəbbi Allaha həmd olsun!
Sabirə Dünyamalıyeva:
Beləliklə, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən tayfanın kökü kəsildi. -Və bütün təriflər aləmlərin Rəbbi Allaha məxsusdur; başqasını tərifləmək olmaz.-