Əlixan Musayev:
O kəslərə ki, (insanları) Allah yolundan sapdırır, onu əyri göstərməyə çalışır və axirəti inkar edirdilər”.
Bünyadov-Məmmədəliyev:
O kəslər ki, insanları Allah yolundan döndərər, onu (Allah yolunu) əyri hala salmaq (əymək) istəyər və axirəti də inkar edərlər!”
Elmir Quliyev
:
которые сбивали других с пути Аллаха, пытались исказить его и не верили в Последнюю жизнь".
Ələddin Sultanov:
O kəslər (zalımlar) ki, (insanları) Allah yolundan döndərər, onu (Allah yolunu) əyri hala salmaq istəyər və axirəti inkar edərlər.
Kerbelayi Malik ağa:
Onlar Allahın yolundan sapdırarlar. Onun (o yolun) əyri olmasını istəyərlər. Onlar axirəti inkar edənlərdir.
Ələsgər Musayev:
o kəslər ki, Allah yolundan sədd çəkirlər və onda əyrilik axtarırlar və onlar axirətlə inanmırlar!»
A.Mehdiyev və D.Cəfərli:
O kəslərə ki, (camaatı) Allahın yolundan döndərir, o yolun əyriliyini istəyir (onu əyri göstərir) və axirət gününü inkar edirdilər.
Kövsər Tağıyev:
Onlar Allah yolundan yayındıran, onu əyri və təzadlı göstərmək istəyənlərdir. Onlar axirəti də inkar edənlərdir.
M.Qənioğlu və T.Bilaloğlu:
onlar (insanları) Allahın yolundan çıxarar, onu əyri etmək istər və axirət gününə inanmazlar!"
Sabirə Dünyamalıyeva:
Allahın yolundan geri qaytarıb yolun əyri-üyrüsünü istəyən və axirəti bilə-bilə inkar edən zalımların; yanlış, öz ziyanına iş görən kəslərin üzərinə olacağını bildirəcək.