Əlixan Musayev:
Ancaq Allaha və Axirət gününə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər (döyüşə getməmək məqsədilə) səndən izn istəyirlər. Onlar öz şübhələri içində tərəddüd edirlər.
Bünyadov-Məmmədəliyev:
Səndən (cihada çıxmamaq üçün) izin istəyənlər ancaq Allaha, axirət gününə iman gətirməyənlər və ürəkləri şəkk-şübhəyə düşənlərdir. Onlar öz şübhələrində tərəddüd edib durarlar.
Elmir Quliyev
:
У тебя просят дозволения остаться дома только те, которые не веруют в Аллаха и в Последний день, чьи сердца испытывают сомнение. И по причине своего сомнения они пребывают в замешательстве.
Ələddin Sultanov:
Yalnız Allaha və axirət gününə iman gətirməyən və qəlbləri şübhəyə düşüb öz şübhələri içində tərəddüd edənlər səndən izin istəyərlər.
Kerbelayi Malik ağa:
Səndən yalnız Allaha və axirət gününə inanmayanlar və qəlbləri şübhəyə düşmüş olanlar icazə istəyərlər. Artıq onlar öz şübhələri içində tərəddüd edərlər.
Ələsgər Musayev:
Həqiqətən, səndən izn istəyirlər o kəslər ki, inanmırlar Allah ilə
və günü ilə axırın və qəlbləri şübhədədir və öz şübhələrində
tərəddüd edirlər.
A.Mehdiyev və D.Cəfərli:
(Cihaddan yayınmaq üçün) səndən yalnız Allaha və axirət gününə imanları olmayan və qəlbləri şəkk və tərəddüdə düşən kəslər izn istəyərlər. Onlar həmişə öz şəkk və tərəddüdlərində sərgərdandırlar.
Kövsər Tağıyev:
Ancaq Allaha və axirət gününə inanmayan, qəlbləri şübhəyə düşüb özləri də o şübhələrinin içində çırpınan kəslər səndən izin istəyərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Səndən o kəslər izn istəyirlər ki, onlar Allaha və axirət gününə inanmırlar, ürəkləri şəkk-şübhə içərisindədir və onlar öz şübhələri içərisində vurnuxurlar.
Sabirə Dünyamalıyeva:
Səndən icazə istəyənlər, yalnız Allaha və axirət gününə inanmayan və ürəkləri şübhəyə düşüb şübhələrinin içində sərgərdan qalan kəslərdir.