Əlixan Musayev:
Onlara vəd etdiyimiz (əzabın) bəzisini sənə göstərsək və yaxud da (göstərmədən öncə) səni öldürsək, yenə də onların dönüşü Bizədir. Həm də Allah onların nə etdiklərinə Şahiddir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum! Kafirlərə) vəd etdiyimiz əzabın bir qismini sənə (dünyada) göstərsək də, yaxud (ondan əvvəl) səni axirətə qovuşdursaq (canını alsaq) da, bil ki, onların axır dönüşü Bizədir. Allah onların nə etdiklərinə şahiddir!
Elmir Quliyev
:
Мы покажем тебе часть того, что Мы обещали им, или же умертвим тебя, но они все равно вернутся к Нам. Кроме того, Аллах является Свидетелем того, что они совершают.
Ələddin Sultanov:
Onlara vəd etdiyimiz əzabın bir qismini sənə göstərsək də, sənin canını alsaq da onların dönüşü Bizədir. Allah onların etdikləri əməllərə şahiddir.
Kerbelayi Malik ağa:
Amma sənə onlara vəd etdiyimizin bir qismini göstərsək və ya səni vəfat etdirsək də o zaman onların dönüşü Bizədir. Sonra Allah onların etdiklərinə də şahiddir.
Ələsgər Musayev:
Nə vaxt ki, göstərərik sənə bəzi odur ki, vəd vermişik
onlara, ya sənə vəfat bağışlarıq və tərəfimizə Bizim müraciət
edəcəklər. Sonra Allah şahiddir üzərində nə ki,
fəaliyyətdədirlər!
A.Mehdiyev və D.Cəfərli:
Və əgər onlara vəd etdiklərimizin bəzisini (onların dünyəvi cəzalarını) sənə göstərsək, yaxud sənin ruhunu (ondan qabaq) alsaq (qəm yemə, çünki onların axirət cəzalarını görəcəksən, ona görə ki,) onların dönüşü Bizə tərəfdir. Sonra Allah onların etdiklərinə şahiddir.
Kövsər Tağıyev:
Onları vəd etdiklərimizin bir qismini sənə göstərsək də, (göstərmədən) sənin canını alsaq da sonda onların qayıdışı bizədir. Sonra Allah onların etdiklərinə də şahiddir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ya onlara vəd etdiyimiz (əzabların) bəzisini sənə göstərər, ya da səni (onların arasından) apararıq [öldürərik]. Onlar isə ancaq Bizə qayıdacaqlar. Sonra da ki, axı Allah onların nə etdiklərinə şahiddir.
Sabirə Dünyamalıyeva:
Və Biz onlara vəd etdiyimizin bir qismini sənə göstərsək, yaxud səni vəfat etdirsək; keçmişdə etdiklərini, etməli olduğun halda etmədiklərini bir-bir xatırlatsaq da, onların axır dönüşü yalnız Bizə olacaq. Sonra Allah onların nə edəcəklərinə şahiddir.