İsra Surəsi 46. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən Quranda Rəbbinin Tək Allah olduğunu yada saldığın zaman onlar (bu dəvətə) nifrət edərək arxalarını çevirib gedərlər.
Bünyadov-Məmmədəliyev:
(Quranı) anlamasınlar deyə, onların qəlblərinə pərdə çəkib qulaqlarına əngəl qoyduq (kar etdik). Sən Quranda Rəbbini bir tək tanrı olaraq andığın zaman onlar nifrət əlaməti olaraq arxalarını çevirib gedərlər.
Elmir Quliyev :
Мы набросили на их сердца покрывала, дабы они не могли понять его (Коран), и лишили их уши слуха. Когда ты поминаешь в Коране своего Единственного Господа, они отворачиваются, испытывая к этому отвращение.
Ələddin Sultanov:
Onu (Quranı) anlamamaları üçün onların qəlblərinə örtük çəkdik, qulaqlarına da ağırlıq (karlıq) verdik. Sən Quranda Rəbbinin birliyini andığın zaman onlar uzaqlaşaraq arxalarını dönüb gedərlər.
Kerbelayi Malik ağa:
Onu (Quranı) anlamasınlar deyə qəlblərinin üzərinə örtük (əkinnət) çəkdik onların qulaqlarına tıxac (vəqra) vurduq. Sən Quranda Rəbbinin təkliyini zikr etdiyin zaman nifrətlə arxa çevirib gedərlər.
Ələsgər Musayev:
Etdik qəlblərinin üzərinə örtük ki, onu anlamayalar qulaqlarında karlıq. Onda ki, Rəbbini yad edirsən Quranda Vahid olaraq, onlar üz döndərirlər nifrətlə, idbarlı halda.
A.Mehdiyev və D.Cəfərli:
(küfrlərinin cəzası olaraq) onların qəlblərinə onu (Qur’anı) başa düşməmələri üçün (qürur, mal, məqam məhəbbətindən ibarət) örtüklər çəkmişik qulaqlarında bir ağırlıq (qoymuşuq). Qur’anda Rəbbinin birliyini yad etdiyin zaman, nifrətlə arxa çevirirlər.
Kövsər Tağıyev:
Qur`anı anlamasınlar deyə qəlbləri üzərinə pərdələr, qulaqlarına da ağırlıq qoyarıq. Qur`anda (ibadətə layiq ilah olaraq) sadəcə Rəbbini andığın zaman onlar arxalarını çevirib qaçarlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar anlamasınlar deyə, Biz onlann ürəklərinə örtüklər çəkdik, qulaqlarına isə tıxac vurduq. Sən Quranda ancaq öz Rəbbinin vahidliyini zikr edəndə onlar nifrətlə arxaya çevrilib gedirlər.
Sabirə Dünyamalıyeva:
onların qəlblərinin üstünə, onu qavrayıb anlamalarına mane olan qabıqlar, qulaqlarına da tıxac qoyduq. sən Quranda ancaq Rəbbini 'bir tək' olaraq zikr etdiyin zaman, 'nifrətlə qaçaraq’ geriyə çəkilərlər.