Kəhf Surəsi 46. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Var-dövlət övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin dərgahında savab ümid baxımından daha əfzəldir.
Bünyadov-Məmmədəliyev:
(Bəzi adamların fəxr etdiyi) mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm (Allahın mərhəmətinə) ümid etibarilə daha xeyirlidir!
Elmir Quliyev :
Богатство и сыновья украшение мирской жизни, однако нетленные благодеяния лучше по вознаграждению перед твоим Господом, и на них лучше возлагать надежды.
Ələddin Sultanov:
Mal-mülk oğullar dünya həyatının zinətidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab ümid bağlamaq etibarilə daha xeyirlidir.
Kerbelayi Malik ağa:
Mal uşaqlar dünya həyatının bəzəyidir. Əbədi olan saleh əməllər isə Rəbbinin dərgahında savab ümid baxımından daha xeyirlidir.
Ələsgər Musayev:
Mal övlad dünya həyatının zinətidir baqi olan islahat isə Rəbbinin yanında xeyirlidir savabda xeyirlidir əməldə.
A.Mehdiyev və D.Cəfərli:
Mal övladlar dünya həyatının zinət bəzəyidir. (Haqq etiqad, mənəvi fəzilətlər yaxşı əməllər kimi) gözəl əbədilər isə sənin Rəbbinin yanında mükafat baxımından daha yaxşı (dünya axirətdəki nəticələrinə) ümid bəsləmək baxımından daha gözəldir.
Kövsər Tağıyev:
Mal-mülk övladlar dünya həyatının zinətidir. Əbədi qalacaq saleh əməllər isə Rəbbinin dərgahında həm savab baxımından, həm ümid baxımından daha xeyirlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sərvət övladlar bu dünya həyatının (müvəqqəti) bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə sənin Rəbbinin dərgahında savab [mükafat] ümid baxımından daha xeyirlidir.
Sabirə Dünyamalıyeva:
Mal oğullar, bəsit dünya həyatının bərbəzəyidir. Qalıcı olan, yaxşılaşdırmaq qayəsi ilə işlənən əməllər isə Rəbbinin yanında, savab baxımından daha xeyirlidir, ümid bağlamaq cəhətdən daha xeyirlidir.