Furqan Surəsi 46. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sonra o kölgəni yavaş-yavaş Özümüzə tərəf çəkdik.
Bünyadov-Məmmədəliyev:
Sonra onu (o kölgəni günəşin yüksəlməsi ilə) yavaş-yavaş Özümüzə tərəf çəkdik. (Əgər kölgəni yerə birdən salıb, birdən çəksəydik, insanlar vahiməyə düşərdilər).
Elmir Quliyev :
и затем постепенно сжимаем ее к Себе.
Ələddin Sultanov:
Sonra onu (uzanan kölgəni) yavaş-yavaş Özümüzə çəkdik (qısaltdıq).
Kerbelayi Malik ağa:
Sonra da onu yavaş yavaş qısaldaraq, Bizə (Özümüzə) tərəf çəkdik.
Ələsgər Musayev:
Sonra Biz vçəkərik onu yavaş-yavaş Öz tərəfimizə.
A.Mehdiyev və D.Cəfərli:
Sonra onu (kölgəni günəş cismlərin başı üzərinə çatana kimi) yavaş-yavaş Özümüzə tərəf çəkdik (qüdrətimizlə yox etdik).
Kövsər Tağıyev:
Sonra onu yavaş-yavaş özümüzə tərəf çəkdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra isə Biz onu yavaş-yavaş çəkib apardıq.
Sabirə Dünyamalıyeva:
Sonra Biz günəşi onun dəlil etdik. Sonra da onu asanlıqla Özümüzə doğru çəkdik.