Rum Surəsi 46. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sizə Öz mərhəmətindən daddırsın, əmri ilə gəmilər üzsün, Onun lütfünü arayasınız (sizə verdiyi nemətlərə) şükür edəsiniz deyə küləkləri müjdəçi göndərməsi Onun dəlillərindəndir.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, küləkləri müjdəçi olaraq göndərməsi, sizə Öz mərhəmətindən daddırması (yağış verməsi), əmri ilə gəmilərin üzməsi, nemətindən ruzi axtarmanız Onun qüdrət əlamətlərindəndir. Bəlkə, (Allahın nemətlərinə) şükür edəsiniz!
Elmir Quliyev :
Среди Его знамений то, что Он посылает ветры добрыми вестниками, чтобы дать вам вкусить от Его милости, чтобы корабли плыли по Его воле и чтобы вы искали Его милость, быть может, вы будете благодарны.
Ələddin Sultanov:
Sizə Öz mərhəmətindən daddırsın, əmri ilə gəmilər üzsün, lütfündən (nəsibinizi) axtarasınız şükür edəsiniz deyə küləkləri müjdəçi göndərməsi Onun (varlığının) dəlillərindəndir.
Kerbelayi Malik ağa:
Onun ayələrindəndir ki, küləkləri müjdələyici olaraq göndərər. Rəhmətindən sizə daddırar. Əmri ilə gəmiləri üzdürər. Onun fəzlindən istəyərsiniz beləcə siz şükür edərsiniz.
Ələsgər Musayev:
Onun ayətindəndir ki, göndərir küləkləri bəşarət verən daddırması üçün sizə Öz rəhmətindən üzməsi üçün gəmilərin Onun əmri ilə axtarmağınız üçün Onun fəzlindən, ola ki, şükr edəsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Öz rəhmətindən sizə daddırması (küləkləri əsdirməsi), gəmilərin onun mütləq iradəsi altında hərəkət etməsi üçün küləkləri müjdəverici olaraq (yağışın yağma müjdəsini versin deyə) göndərməsi, Onun fəzlindən (külək yağış vasitəsi ilə yaranan ruzini) axtarmanız Onun (tovhid, qüdrət hikmət) nişanələrindəndir. Bəlkə şükr edəsiniz!
Kövsər Tağıyev:
Küləkəri yağmurun müjdəçisi olaraq göndərməsi Allahın (varlığının qüdrətinin) dəlillərindəndir. O, bunu sizə öz rəhmətindən daddırmaq, əmri ilə gəmilərin üzməsi, Onun lütfündən nəsibinizi aramanız şükür etməniz üçün edər.
M.Qənioğlu və T.Bilaloğlu:
Öz mərhəmətindən sizə daddırması üçün, gəmilərin Onun əmri ilə üzməsi üçün, lütfündən (ruzilər) axtarıb tapmanız üçün bunlara görə onlara şükr edəsiniz deyə küləkləri müjdəçi kimi göndərməsi Onun dəlillərindəndir.
Sabirə Dünyamalıyeva:
Sizə Öz rəhmətindən daddırması, əmri ilə gəmilərin üzüb getməsi sahib olduğunuz nemətlərin əvəzini ödəyəsiniz deyə nemətlərindən ruzi axtarmağınız üçün küləkləri müjdəçi olaraq göndərməsi Onun əlamətlərindən/işarətlərindəndir.