Əlixan Musayev:
De: “Mənim sizə bircə nəsihətim var; Allah üçün iki-iki, bir-bir ayağa qalxın, sonra da bir düşünün. Sizin yoldaşınızda (peyğəmbərdə) heç bir dəlilik (əlaməti) yoxdur. O, şiddətli əzab gəlməzdən əvvəl sizi ancaq xəbərdar edəndir”.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər! Bu müşriklərə) de: “Mən sizə ancaq bir öyüd verəcəyəm. Allah xatirinə (məni dinlədikdən sonra məclisimdən) iki-iki, bir-bir durun (durub gedin), sonra da bir dərindən düşünün, (görəcəksiniz ki) sizin yoldaşınızda (Muhəmməd əleyhissəlamda) heç bir divanəlik əsəri yoxdur. O yalnız qarşıdakı şiddətli əzabla (düçar olacağınız axirət əzabı ilə) sizi qorxudan (xəbərdar edən) bir peyğəmbərdir!”
Elmir Quliyev
:
Скажи: "Я призываю вас только к одному: встаньте ради Аллаха по двое и по одному, а потом призадумайтесь. Ваш товарищ не является бесноватым. Он лишь предостерегает вас перед наступлением тяжких мучений".
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) De: “Mən sizə yalnız bir öyüd verəcəyəm. Allah üçün iki-iki, bir-bir ayağa qalxın, sonra da düşünün! Sizin yoldaşınızda (Mühəmməddə) heç bir dəlilik yoxdur. O, yalnız şiddətli bir əzab gəlmədən əvvəl sizi xəbərdar edən bir peyğəmbərdir”.
Kerbelayi Malik ağa:
De ki: ‘Sizə yalnız tək bir şey nəsihət edirəm. Allah üçün iki-iki və bir-bir ayağa qalxın. Sonra təfəkkür edin.’ Sizin sahibinizdə cinnət (dəlilik) yoxdur. O, ancaq sizin üçün önünüzdəki (gələcək olan) şiddətli əzaba (qarşı) bir nəzirdir (xəbərdar edəndir).
Ələsgər Musayev:
ondan ötrü ki, siz Allah
qarşısında iki-iki və fərd olaraq dayanasınız, sonra fikirləşəsiniz
ki, sizin sahibinizdə cünunluqdan əsər yoxdur. Həqiqətən, o,
sizin üçün ancaq nəzərə çatdırandır qarşınızda olan şiddətli
əzabdan!»
A.Mehdiyev və D.Cəfərli:
De: «Mən sizə yalnız bir nəsihət verirəm (və tapşırıram) ki, (bu Peyğəmbəri tanımaq və qəbul etmək üçün qarmaqarışıqlıq salmadan özü də) Allaha xatir iki-iki, bir-bir ayağa qalxın, sonra (onun keçmişi, dəlilləri və möcüzələri barəsində) fikirləşin. (Onda görərsiniz ki,) sizin bu (mehriban) yoldaşınızda heç bir dəlilik yoxdur. O, yalnız irəlidə olan çətin bir əzabdan (axirət əzabından) sizi qorxudandır (bir peyğəmbərdir)».
Kövsər Tağıyev:
(Ey Muhamməd!) De ki: “Mən sizə ancaq bir öyüd verirəm; Allah üçün iki-iki, bir-bir qalxın, sonra düşünün. Yoldaşınız Muhamməddə divanəlikdən bir əsər yoxdur. O, şiddətli bir əzabdan öncə sizin üçün sadəcə bir xəbərdar edəndir”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: “Mənim sizə tək bir nəsihətim var; iki-iki və bir-bir Allaha üz tutun, sonra da bir düşünün, (onda biləcəksiniz ki,) yoldaşınızda [Məhəmməddə] heç bir dəlilik yoxdur. Həqiqətən, o, şiddətli əzabdan öncə sizə ancaq xəbərdarlıq edəndir
Sabirə Dünyamalıyeva:
De ki: "Mən sizə yalnız bir şeyi; Allah üçün iki-iki, üç-üç və tək-tək qalxmağı, sonra da yoldaşınız Məhəmməddə dəlilikdən bir əsər olmadığını, onun, sadəcə şiddətli bir əzabdan əvvəl sizi çəkindirən bir xəbərdarlıqçı olduğunu düşünməyi tövsiyə edirəm."