Əlixan Musayev:
Biz Musanı Öz dəlillərimizlə Firon və onun əyanlarının yanına göndərdik. (Musa) dedi: “Mən aləmlərin Rəbbinin elçisiyəm!”
Bünyadov-Məmmədəliyev:
Biz Musanı Öz möcüzələrimizlə Firon və onun əyan-əşrafının yanına göndərmişdik. O demişdi: “Mən aləmlərin Rəbbinin elçisiyəm!”
Elmir Quliyev
:
Мы уже отправили Мусу (Моисея) с Нашими знамениями к Фараону и его знати, и он сказал: "Воистину, я — посланник Господа миров".
Ələddin Sultanov:
Həqiqətən, Biz Musanı möcüzələrimizlə Firona və onun əyanlarına göndərmişdik və o: “Mən aləmlərin Rəbbinin elçisiyəm!” - demişdi.
Kerbelayi Malik ağa:
And olsun ki, Musanı (ə.s) ayələrimizlə (möcüzələrimizlə) Firona və onun (qövmünün) böyüklərinin yanına göndərdik. (O zaman onlara): ‘Şübhəsiz ki, mən aləmlərin Rəbbinin Rəsuluyam.’ dedi.
Ələsgər Musayev:
Əlbəttə,
göndərdik Musanı ayətlərimizlə tərəfinə Firaunun və onun
böyüklərinin. Dedi: «Mən rəsuluyam aləmlərin Rəbbinin!»
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Biz Musanı Öz ayə və nişanələrimizlə birlikdə Fironun və onun qövmünün başçı və böyüklərinin yanına göndərdik. O dedi: «Mən aləmlərin Rəbbinin elçisiyəm.»
Kövsər Tağıyev:
And olsun, biz Musanı möcüzələrimizlə Firona və onun əyan-əşrafına göndərmişdik, o: “Şübhəsiz, mən aləmlərin Rəbbinin elçisiyəm”, – demişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Musanı möcüzələrimizlə Fironun və əyanlarının yanına göndərdik. Musa dedi: “Mən aləmlərin Rəbbi olan Allahın peyğəmbəriyəm”.
Sabirə Dünyamalıyeva:
Və heç şübhəsiz Biz, Musanı ayələrimizlə/işarətlərimizlə/nişanələrimizlə Firona və onun əyanlarına elçi göndərmişdik və o: "Həqiqətən, mən aləmlərin Rəbbinin elçisiyəm!" demişdi.