Qəmər Surəsi 46. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Xeyr! Onlara vəd edilmiş vaxt o Saatdır. O Saat isə daha ağır, daha acıdır.
Bünyadov-Məmmədəliyev:
Xeyr, onların əsl əzab vaxtı qiyamət günüdür. Qiyamət gününün əzabı daha acıdır (daha şiddətlidir).
Elmir Quliyev :
Час является назначенным для них сроком, и Час этот самый тяжкий, самый горький.
Ələddin Sultanov:
Xeyr! Onlara vəd olunan qiyamətdir (axirət əzabıdır). Qiyamət isə daha çətin daha acıdır.
Kerbelayi Malik ağa:
Xeyr, onlara vəd edilən (əzab), o saatdır (qiyamət vaxtıdır). O saat daha qorxunc daha dəhşətlidir.
Ələsgər Musayev:
Bəli, saat vədəsidir onların. Saat çox dəhşətli acıdır!
A.Mehdiyev və D.Cəfərli:
Hələ onların vəd yeri qiyamətdir! qiyamət daha müsibətli acınacaqlıdır.
Kövsər Tağıyev:
Xeyr, qiyamət onların (görəcəkləri əsl əzabın) vaxtıdır. Qiyamət (əzabı) isə daha dəhşətli daha acıdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Bəli, qiyamət günü onların (əzab) vaxtıdır. Qiyamət daha dəhşətli, daha ağırdır!
Sabirə Dünyamalıyeva:
Əslində onlara vəd edilən, o saatdır. O saat həqiqətən daha ağır daha acıdır.