Əlixan Musayev:
Onlar Qiyaməti gördükləri an (dünyada) yalnız bir axşam çağı və yaxud bir gündüz qədər yaşadıqlarını güman edəcəklər!
Bünyadov-Məmmədəliyev:
Onu (qiyaməti) gördükləri gün (dünyada və ya qəbir evində) yalnız bir axşam, yaxud bir səhər qaldıqlarını sanacaqlar!
Elmir Quliyev
:
В тот день, когда они увидят его, им покажется, что они провели в этом мире лишь послеполуденные часы или утро.
Ələddin Sultanov:
Onlar qiyaməti gördükləri gün sanki (dünyada) bir axşam, yaxud bir gündüz vaxtı qədər qaldıqlarını zənn edəcəklər.
Kerbelayi Malik ağa:
Onlar qiyaməti görəcəkləri gün sanki bir axşam və ya səhər vaxtından başqa (zamanları) qalmamış kimi olarlar.
Ələsgər Musayev:
Necə ki, onlar o gün görərlər Onu, sanki, qalmayıblar, ancaq bir gecə və ya bir gündüz orada.
A.Mehdiyev və D.Cəfərli:
Onlar Qiyaməti gördükləri gün (belə güman edəcəklər ki, dünyada, yaxud bütün Bərzəx aləmi boyunca) elə bil yalnız bir axşam, yaxud bir səhərdən artıq qalmamışlar. (Axirət aləminin əbədiyyətinin müqabilində nəzərlərinə belə gələcəkdir).
Kövsər Tağıyev:
Qiyaməti gördükləri gün onlar sanki dünyada sadəcə bir axşam, yaxud bir səhər vaxtı qədər qalmış kimidirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar onu görən günü (dünyada) yalnız bir axşam və ya bir səhər qaldıqlarını güman edəcəklər.
Sabirə Dünyamalıyeva:
Sonra onlar onu görəcəkləri gün, dünyada bir axşam və ya bir səhərdən artıq qalmamış kimi [olacaqlar].