Əlixan Musayev:
O dedi: “Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, mənə rəhm etməsən, ziyana uğrayanlardan olaram”.
Bünyadov-Məmmədəliyev:
(Nuh) dedi: “Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən (belə bir işə cürət etməkdən) Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram!”
Elmir Quliyev
:
Он сказал: "Господи! Я прибегаю к Тебе, дабы не просить о том, чего не ведаю. И если Ты не простишь меня и не помилуешь, то я окажусь среди потерпевших убыток".
Ələddin Sultanov:
Nuh dedi: “Ey Rəbbim! Şübhəsiz, bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamaz və mənə rəhm etməzsən, ziyana uğrayanlardan olaram!”
Kerbelayi Malik ağa:
(Nuh ə.s): ‘Rəbbim, şübhəsiz ki, haqqında elmim (məlumatım) olmayan şeyi Səndən istəməkdən Sənə sığınaram. Sənin məni məğfirət və rəhmət etməyin olmazsa, mən ziyana uğrayanlardan olaram.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Rəbbim, Sənə sığınıram
ki, mənim ona ki, elmim yoxdur Səndən sual edəm. Əgər
məni bağışlamayasan və mənə rəhm etməyəsən, xəsarətdə
olanlardan olaram».
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Ey Rəbbim, (barəsində) elmim olmayan şeyi Səndən istəməkdən Sənə sığınıram (peyğəmbərlərə hər hansı bir mövzunu müəyyən etməmiş onun xeyirinə olmayan hökmü istəmək yaraşmaz) və əgər məni bağışlamasan və mənə rəhm etməsən ziyana uğrayanlardan olacağam.»
Kövsər Tağıyev:
Nuh: “Rəbbim! Şübhəsiz, mən səndən bilmədiyim şeyi istəməkdən sənə sığınıram. Əgər məni bağışlamasan və mənə rəhm etməsən, şübhəsiz, ziyana uğrayanlardan olaram”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: "Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəmək üçün Sənə pənah gətirirəm. Məni bağışlamasan, mənə rəhmin gəlməsə, mən də zərər çəkənlərdən olaram".
Sabirə Dünyamalıyeva:
Nuh, "Ey Rəbbim! Mən, haqqında məlumatım olmayan bir şeyi istəmiş olmaqdan ötrü Sənə sığınıram. Və əgər Sən məni bağışlamasan, mənə rəhm etməsən, mən zərərə/itkiyə məruz qalaraq əzab çəkənlərdən olaram" dedi.