Əlixan Musayev:
(Yusuf) dedi: “Yeddi il bacardığınız qədər əkin. Biçdiyinizi isə, yeyəcəyiniz az bir miqdar istisna olmaqla, sünbüldə saxlayın.
Bünyadov-Məmmədəliyev:
(Yusif) belə cavab verdi: “Yeddi il adətiniz üzrə (həmişəki kimi) əkin. Yediyiniz az bir miqdar istisna olmaqla, qalan biçdiyinizi (artıq qalan məhsulu) isə sünbüldə saxlayın.
Elmir Quliyev
:
Он сказал: "Семь лет подряд вы будете усердно сеять. То, что вы пожнете, оставляйте в колосьях, за исключением небольшого количества, которое вы будете есть.
Ələddin Sultanov:
Yusif dedi: “Yeddi il adətiniz üzrə (torpağınızı) əkin. Sonra da yeyəcəyiniz az bir miqdar istisna olmaqla, biçdiyiniz məhsulu sünbüldə saxlayın!
Kerbelayi Malik ağa:
‘Yeddi il adətiniz üzrə (həmişəki kimi) əkin. Beləcə (bunlardan) yediyiniz az bir qismi istisna olmaqla, biçdiklərinizi sünbüldə saxlayın.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Yeddi il adətə görə əkin. Hər nə biçirsiniz bir azını
yeyib, qalanını sünbüllərlə anbara yığın.
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Yeddi il dalbadal, tam cidd-cəhdlə əkərsiniz. Beləliklə biçdiklərinizi, yediyiniz az bir hissə istisna olmaqla öz sünbülündə saxlayarsınız».
Kövsər Tağıyev:
Yusuf dedi ki: “Yeddi il adətiniz üzrə əkin əkəcəksiniz. Yeyəcəyiniz az miqdar xaric biçdiklərinizi sünbülündə saxlayın”.
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: "Yeddi il öz qaydası Hə əkərsiniz. Biçdiyinizi, yeyəcəyiniz az bir hissədən başqa, sünbüldə [başaqda] saxlayın.
Sabirə Dünyamalıyeva:
Yusif dedi ki: "Yeddi il adət üzrə əkinçilik edəcəksiniz; hər cür qida məhsulunu yetişdirəcəksiniz, sonra da yetişdirdiyiniz məhsullardan yediyiniz miqdar istisna olmaqla, qalanını sünbüldə saxlayın, ehtiyat yığın.