Əlixan Musayev:
Allahın Öz elçilərinə verdiyi vədə xilaf çıxacağını sanma. Həqiqətən, Allah Qüdrətlidir, intiqam almağa qadirdir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Allahın peyğəmbərlərə verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir!
Elmir Quliyev
:
Не думай, что Аллах нарушает обещания, данные Своим посланникам. Воистину, Аллах — Могущественный, Способный на возмездие.
Ələddin Sultanov:
Ona görə də Allahın Öz peyğəmbərlərinə verdiyi vədə xilaf çıxacağını sanma! Şübhəsiz ki, Allah qüdrətlidir, intiqam alandır.
Kerbelayi Malik ağa:
Elə isə Allahı əsla rəsullarına qarşı vədini yerinə yetirməz sanma. Şübhəsiz ki, Allah Əzizdir, intiqam sahibidir.
Ələsgər Musayev:
Hesab etmə Allahı Öz
rəsullarına verdiyi vədə xilaf çıxan. Həqiqətən, Allah qüdrətli
intiqam sahibidir!
A.Mehdiyev və D.Cəfərli:
Buna görə də Allahı Öz peyğəmbərlərinə verdiyi vədə xilaf çıxan sanma. Şübhəsiz Allah yenilməz qüdrət və intiqam sahibidir.
Kövsər Tağıyev:
Allahın peyğəmbərlərinə verdiyi vədə xilaf çıxacağını sanma! Şübhəsiz, Allah mütləq güc sahibidir, intiqam sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahı Öz peyğəmbərlərinə olan vədinə xilaf sanma. Həqiqətən, Allah qüdrət və intiqam sahibidir.
Sabirə Dünyamalıyeva:
O halda əsla Allahın, Öz elçilərinə olan vədinə xilaf çıxacağını sanma! Şübhəsiz ki, Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, günahkarı yaxalayıb cəzalandıraraq ədaləti təmin etmək prinsipinə sahibdir.