Hicr Surəsi 47. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar.
Bünyadov-Məmmədəliyev:
Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər.
Elmir Quliyev :
Мы исторгнем из их сердец злобу, и они, как братья, будут лежать на ложах, обратившись лицом друг к другу.
Ələddin Sultanov:
Biz onların qəlblərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar taxtlar üzərində qardaşcasına qarşı-qarşıya əyləşərlər.
Kerbelayi Malik ağa:
Onların sinələrində kin-küdurətdən varsa çəkib çıxardıq. Onlar qardaş olaraq taxtlar üzərində qarşı-qarşıya əyləşərlər.
Ələsgər Musayev:
ki, onların ürəklərində kindən var, çıxardarıq. Onlar qardaş olaraq taxt üzərində üz-üzə əyləşərlər.
A.Mehdiyev və D.Cəfərli:
onların qəlblərində olan kin-küdurəti (batil düşüncələr xarab xislətləri) elə çıxarıb atdıq ki, taxtlar üzərində qardaşcasına bir-birlərinin qarşısında əyləşərlər.
Kövsər Tağıyev:
Biz onların qəlblərindəki kini çıxarıb atdıq. Artıq onlar qardaşlar olaraq taxtlar üstündə qarşı-qarşıya otururlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onların köksündən kin-küdurəti götürdük. Onlar qardaş kimi taxtlar üzərində bir-birilə üz-üzə olacaqlar.
Sabirə Dünyamalıyeva:
Biz Allahın mühafizəsi altına daxil olan kəslərin sinəsindəki kinləri çıxarıb atdıq. Onlar qardaş olub, taxtlarda üz-üzə oturarlar.