Əlixan Musayev:
Yaxud vahimə içində olduqları halda (Allahın) onları yaxalamayacağınımı (düşünürlər)? Həqiqətən də, Rəbbiniz Şəfqətlidir, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Yoxsa onlar tədriclə əzaba giriftar olmayacaqlarına (əmindirlər)?! Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir! (Allah bəndələrinə əzab verməkdə tələsməz!)
Elmir Quliyev
:
Или того, что Он схватит их, когда их охватит ужас? Воистину, твой Господь — Сострадательный, Милосердный.
Ələddin Sultanov:
Yaxud (əzabın) onları yavaş-yavaş yaxalamayacağına (əmindirlərmi)? Şübhəsiz ki, Rəbbiniz çox şəfqətlidir, mərhəmətlidir.
Kerbelayi Malik ağa:
Yaxud onları qorxduqları halda yaxalayar. Buna baxmayaraq şübhəsiz ki, sənin Rəbbin əlbəttə Raufdur (çox şəfqətlidir), Rəhimdir.
Ələsgər Musayev:
Ya onları qorxu halında
yaxalaya? Həqiqətən, Rəbbiniz Raufdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Yaxud onları (qəflətən deyil) nemətləri onlardan tədricən geri alaraq, ya başqalarının əzabını görməkdən qorxduqları halda yaxalayar. Çünki Rəbbiniz çox mərhəmətli və mehribandır.
Kövsər Tağıyev:
Yaxud qorxu içində ikən onları yaxalamayacağından əmindirlərmi? Şübhəsiz, Rəbbiniz çox şəfqətli, çox mərhəmətlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Yaxud da onları qorxu-səksəkə içərisində ikən yaxalamayacaq? Həqiqətən, sizin Rəbbiniz şəfqətlidir, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
yaxud da onları tədriclə/qorxu içində yaxalamayacağından əmindirlərmi? Şübhəsiz, sizin Rəbbiniz, həqiqətən çox şəfqətlidir, çox mərhəmətlidir.