İsra Surəsi 47. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar səni dinlədikləri zaman nəyə qulaq asdıqlarını öz aralarında xəlvətcə söhbət edərkən o zalımların: “Siz ancaq sehrlənmiş bir adama uyursunuz”– dediklərini Biz çox yaxşı bilirik.
Bünyadov-Məmmədəliyev:
(Sən Quran oxuyanda) onlar sənə qulaq asdıqları zaman nəyi dinlədiklərini zalımların (Dərünnədvədə) öz aralarında gizli-gizli danışıb: “Siz ancaq ovsunlanmış bir adama uyursunuz!” dediklərini bilirik.
Elmir Quliyev :
Мы лучше знаем, что именно они слушают, когда слушают тебя. А когда они совещаются втайне, то беззаконники говорят: "Вы следуете всего лишь за околдованным человеком".
Ələddin Sultanov:
(Sən Quran oxuyarkən) onların hansı məqsədlə ona qulaq asdıqlarını o zalımların öz aralarında fısıldaşaraq: “Siz yalnız ovsunlanmış bir adamın arxasınca gedirsiniz!” - dediklərini Biz çox yaxşı bilirik.
Kerbelayi Malik ağa:
Onlar səni dinlədikləri zaman nəyə qulaq asdıqlarını öz aralarında zalımların xəlvətcə ‘Siz ancaq ovsunlanmış bir adama tabe olursunuz.’ dediklərini Biz çox yaxşı bilirik.
Ələsgər Musayev:
Biz yaxşı bilirik nəyi eşidirlər, onda ki, eşidirlər səni. Onda ki, onlar sirli söhbətlər edirlər, onda deyirlər zalimlər ki: «Siz ancaq tabesiniz sehrkar kişiyə!»
A.Mehdiyev və D.Cəfərli:
Biz onlar (istehza məsxərə üçün) sənə qulaq asan zaman səni məqsədlə dinlədiklərini, həmçinin bu zalımların (bir-birlərinə) «siz yalnız ovsunlanmış bir kişiyə tabe olursunuz» deyən zaman onların bir-birləri ilə pıçıldaşmalarını daha yaxşı bilirik.
Kövsər Tağıyev:
Onlar sənə qulaq asarkən məqsədlə qulaq asdıqlarını, öz aralarında danışarkən o zalımların “Siz ancaq ovsunlanmış bir adama uyursunuz” dediklərini çox yaxşı bilirik.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar səni dinlədikdə üçün qulaq asdıqlarını, xəlvəti söhbət etdikdə isə bu haqsızların: “Siz ancaq sehrlənmiş adamın ardınca gedirsiniz." - demələrini Biz çox yaxşı bilirik.
Sabirə Dünyamalıyeva:
Biz, onların səni dinlədikləri vaxt üçün dinlədiklərini, gizli danışıqlarında da şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən o kəslərin, "Siz ancaq ovsunlanmış bir adama uyursunuz" dediklərini çox gözəl bilirik.