Əlixan Musayev:
Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. (Görülmüş iş) bir xardal dənəsi mislində olsa belə, onu gətirib (tərəziyə) qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik.
Bünyadov-Məmmədəliyev:
Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik.
Elmir Quliyev
:
В День воскресения Мы установим справедливые Весы, и ни с кем не поступят несправедливо. Если найдется нечто весом с горчичное зернышко, Мы принесем его. Довольно того, что Мы ведем счет!
Ələddin Sultanov:
Qiyamət günü ədalət tərəzilərini quracağıq və heç kimə heç bir haqsızlıq edilməyəcəkdir. (Edilən əməl) bir xardal dənəsi ağırlığında olsa belə Biz onu (ədalət tərəzisinə) gətirib qoyacağıq. Biz haqq-hesab çəkməyə kifayətik.
Kerbelayi Malik ağa:
Biz qiyamət günü ədalət mizanlarını qurarıq. O zaman kimsəyə heç bir şeylə zülm edilməz. Xardal dənəsi qədər bir ağırlıq olsa belə, onu gətirərik (həyat filmində göstərərik). Bizə hesab görənlər kifayət edər.
Ələsgər Musayev:
Biz
edərik qiyamət günü üçün insaf mizanı və zülm olunmaz nəfsə
şeynən. Əgər olsa xardal dənəsinin misqalı qədər, əta edərik
onu. Kafidir Bizimlə hesab!
A.Mehdiyev və D.Cəfərli:
Biz Qiyamət günü (əqidə, sifət və əməlləri ölçmək üçün) ədalətli ölçü və tərəzilər qoyacağıq. Beləliklə heç kəsə heç bir şəkildə zülm olunmayacaq və onların haqlarından kəsilməyəcək. Əgər (insanın əməli kiçiklik baxımından) xardal dənəsi ağırlığında olsa belə, onu (tərəziyə) gətirəcəyik. Bizim haqq-hesab çəkən olmağımız kifayətdir.
Kövsər Tağıyev:
Qiyamət günü üçün ədalət tərəziləri quracağıq. Heç kimə zərrə qədər zülm edilməyəcək. (Edilən iş) bir xardal dənəsi qədər belə olsa, onu gətirib ortaya qoyacağıq. Haqq-hesaba çəkən olaraq biz yetərik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz qiyamət günü üçün ədalət tərəziləri quracağıq. Heç kəsə heç nədə haqsızlıq edilməyəcəkdir. Əməli bir xardal dənəsi (ağırlığında) belə olsa, Biz onu gətirəcəyik. Bizim haqq-hesab çəkən olmağımız kifayətdir.
Sabirə Dünyamalıyeva:
Biz qiyamət günü üçün [hər kəsin] haqqına düşən payı [ölçən] tərəzilər qoyarıq; heç kim, heç bir surətdə haqsızlığa məruz qalmaz. O şey bir xardal dənəsi ağırlığında olsa belə onu gətirərik. Və haqq-hesab görən olaraq Biz kifayət edərik.