Əlixan Musayev:
Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz. Rəbbinin yanında olan bir gün sizin saydığınızın min ili kimidir!
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Onlar səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz! Rəbbinin dərgahında bir gün sizin saydığınızın (hesabladığınız vaxtın) min ili kimidir!
Elmir Quliyev
:
Они торопят тебя с наказанием, но Аллах не нарушает Своего обещания, и день у твоего Господа равен тысяче лет по тому, как вы считаете.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədindən əsla dönməz! Şübhəsiz ki, Rəbbinin dərgahında bir gün sizin hesabladığınızın min ili kimidir.
Kerbelayi Malik ağa:
Səndən əzabın tez gəlməsini istəyirlər. Allah əsla vədindən dönməz. Rəbbinin dərgahındakı bir gün sizin saydığınız min il kimidir.
Ələsgər Musayev:
Tələsdirirlər səni əzab barəsində. Allah Öz vədinə xilaf
etməz. Həqiqətən, sənin Rəbbinin yanında bir gün, onların
hesabladığı min il kimidir!
A.Mehdiyev və D.Cəfərli:
Onlar (istehza ilə) səndən (vəd olunmuş) əzabın tezləşdirilməsini istəyirlər. Halbuki Allah əsla vədinə xilaf çıxmaz. Həqiqətən sənin Rəbbinin yanında bir gün sizin saydığınız min il kimidir. (Zaman çərçivəsindən xaric və onun yaradanı olan Allah üçün bir gün ilə min il birdir. Buna görə də Onun barəsində tələsmək təsəvvüredilməzdir.)
Kövsər Tağıyev:
Bir də əzabın tez gəlməsini səndən istəyirlər. Halbuki Allah əsla öz vədinə xilaf çıxmaz. Şübhəsiz, Rəbbinin nəzdindən bir gün sizin saydığınız (hesab üzrə) min il kimidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar əzabın tezləşməsi üçün səni tələsdirirlər. Lakin Allah Öz vədinə əsla xilaf çıxmaz. Rəbbinin dərgahındakı bir gün sizin saydığınızdan min il kimidir.
Sabirə Dünyamalıyeva:
Və səndən əzabı tezləşdirməyini istəyirlər. Halbuki Allah sözünə əsla xilaf çıxmayacaq. Və şübhəsiz ki, Rəbbinin dərgahında bir gün, sizin saydığınız min il kimidir.