Möminun Surəsi 47. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar dedilər: “Bunların tayfası bizə kölə olduğu halda, biz özümüz kimi iki adama inanacağıq?”
Bünyadov-Məmmədəliyev:
(Firon əyan-əşrafı) dedilər: “Bunların tayfası bizə bir qul kimi itaət etdiyi halda, biz özümüz kimi iki adi insana imanmı gətirəcəyik?”
Elmir Quliyev :
Они сказали: "Неужели мы уверуем в двух людей, которые подобны нам, тогда как их народ служит нам?"
Ələddin Sultanov:
Ona görə belə dedilər: “Onların qövmü bizim qulumuz olduğu halda, bizim kimi adi iki insanamı inanaq?”
Kerbelayi Malik ağa:
Sonra dedilər ki: ‘Bizim kimi iki bəşərə (Hz. Musa Hz. Haruna) imanmı edək? Onların ikisinin qövmü bizə kölə olmasına baxmayaraq.’
Ələsgər Musayev:
Dedilər: «Ə, biz, öz mislimiz olan iki bəşərə ki, onların qoumu bizə qulluq edir, inanaqmı?
A.Mehdiyev və D.Cəfərli:
Buna görə dedilər: «Qövmləri bizim qulumuz bizə müti ola-ola, özümüz kimi iki insana iman gətirək?»
Kövsər Tağıyev:
Bu səbəblə də: “Qövmləri bizə qul-kölə olduğu halda bizim kimi iki insana iman edəcəyik?” dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: “Camaatı bizə kölə olduğu halda biz özümüzə bənzəyən iki adama heç inanarıqmı?"
Sabirə Dünyamalıyeva:
Sonra da: "Bu ikisinin qövmü bizə qulluq etdiyi halda, biz, bizim kimi olan bu iki bəşərə inanacağıqmı?" dedilər.