Əlixan Musayev:
(Münafiqlər:) “Allaha və Peyğəmbərə iman gətirdik, itaət etdik!”– deyirlər. Bundan sonra isə onlardan bir dəstə üz çevirir. Onlar mömin deyillər.
Bünyadov-Məmmədəliyev:
(Münafiqlər: ) “Allaha, Peyğəmbərə iman gətirdik, itaət etdik!” – deyər, bundan sonra isə onlardan bir dəstə (Peyğəmbərdən) üz çevirər. Belələri mömin (dilləri ilə ürəkləri bir olan müsəlman) deyillər.
Elmir Quliyev
:
Они (лицемеры) говорят: "Мы уверовали в Аллаха и Посланника и повинуемся". Но после этого часть их отворачивается, и они не являются верующими.
Ələddin Sultanov:
(Münafiqlər:) “Allaha və Peyğəmbərə iman gətirdik və itaət etdik!” - deyirlər. Bunun ardınca onlardan bir qrup (haqdan) üz döndərir. Onlar mömin deyillər.
Kerbelayi Malik ağa:
‘Allaha və rəsula iman etdik və itaət etdik.’ deyərlər. Sonra da onların bir qismi bundan sonra dönər. Onlar mömin deyildirlər.
Ələsgər Musayev:
Deyirlər: «Biz inandıq Allah ilə və rəsul ilə və itaət etdik!» Sonra onlardan bir firqə bundan sonra üz çevirir və həmin onlardır ki, inananmırlar.
A.Mehdiyev və D.Cəfərli:
(Münafiqlər) «Allaha və bu peyğəmbərə iman gətirdik və itaət etdik» deyir, sonra bunun ardınca onların bir dəstəsi üz döndərirlər. Onların (iman iddiasında olanlarının) heç biri iman gətirən deyildirlər.
Kövsər Tağıyev:
(Münafiqlər:) “Allaha və peyğəmbərə inandıq və itaət etdik”, – deyirlər. Sonra da onların bir qismi bunun ardından üz döndərirlər. Halbuki onlar inanmış deyillər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar deyirlər "Biz Allaha və peyğəmbərə iman gətirdik və itaət etdik!". Bundan sonra isə onların bir dəstəsi üz döndərir. Bunlar mömin deyildirlər.
Sabirə Dünyamalıyeva:
Və onlar: "Allaha və Elçiyə iman gətirdik, itaət etdik" deyirlər. Sonra da onlardan bir dəstə, üz çevirir və onlar möminlər deyil.