Əlixan Musayev:
Ey Kitab verilmişlər! Üzləri sıyırıb (dümdüz edərək) arxalarına çevirməmişdən, yaxud şənbə əhlini lənətlədiyimiz kimi onları da lənətləməmişdən öncə yanınızda olanı təsdiqləyici (kimi) nazil etdiyimizə (Qurana) iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir.
Bünyadov-Məmmədəliyev:
Ey kitab verilmiş kimsələr! Bəzi üzləri tanınmaz hala salıb ənsələrinə (arxalarına) çevirməmişdən və şənbə gününün hörmətini saxlamayanlara (əshabus-səbtə) etdiyimiz kimi, onlara da lənət etməmişdən əvvəl əlinizdə olanı (Tövratı) təsdiqləyən olaraq nazil etdiyimizə (Qurana) iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir!
Elmir Quliyev
:
О те, кому было дано Писание! Уверуйте в то, что Мы ниспослали в подтверждение того, что есть у вас, пока Мы не стерли ваши лица и не повернули их назад, пока Мы не прокляли вас, как прокляли тех, которые нарушили субботу. Веление Аллаха непременно исполняется!
Ələddin Sultanov:
Ey kitab əhli! Biz (bəzi) üzləri dümdüz edib arxalarına çevirməzdən, yaxud şənbə günü əhlini lənətlədiyimiz kimi onları da lənətləməzdən əvvəl əlinizdə olanı təsdiqləyici olaraq nazil etdiyimizə (Qurana) iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir! (Yuxarıdakı ayədə keçən “şənbə günü əhli”, yəhudilərə görə müqəddəs sayılan şənbə günündə o günün qadağalarına riayət etməyən bəzi yəhudilərdir. Bu qadağalara riayət etmədiklərinə görə Allah onları lənətləmişdir.)
Kerbelayi Malik ağa:
Ey özlərinə kitab verilənlər! Yanınızdakını (Tövratı və İncili) təsdiqedici olaraq endirdiyimizə ‘üzləri silməmişdən (dümdüz etməmişdən) beləcə onları arxalarına çevirməmişdən öncə və ya əshabi səbti (‘şənbə günü yasağı’nı tapdalayanları) lənətlədiyimiz kimi onları da lənətləməmişdən öncə’ iman edin. Allahın əmri edilmişdir (yerinə gəlmişdir).
Ələsgər Musayev:
Ay
o kəslər ki, ətaolunub kitab! Inanın nə ilə ki, nazil etmişik
təsdiqi üçün sizinlədir, qabaqcadan ki, tanınmaz edərik üzləri
və çevirərik arxaya, ya lənət edərik onları, nə qədər lənət etdik
əshabını altının! Və olar əmri Allahın fəaliyyətli!
A.Mehdiyev və D.Cəfərli:
Ey (səmavi) kitab verilmiş kəslər, bəzi üzləri məhv edərək arxalarına çevirməmişdən (cisimlərini bu hala salmamışdan və ya ruhlarını imandan küfrə döndərməmişdən), yaxud Əshabus-səbti (şənbə günü balıq tutan balıqçıları) lənətlədiyimiz (və eybəcər hala saldığımız) kimi onlara da lənət edərək (rəhmətimizdən) uzaqlaşdırmamışdan qabaq yanınızda olan (din və kitab)ın təsdiqi olan (və bu Peyğəmbərin və onun kitabının sizin yanınızda olan əlamətləri ilə uyğun gələn) nazil etdiyimizə (Qur’ana) iman gətirin. Allahın əmri həmişə yerinə yetəndir.
Kövsər Tağıyev:
Ey kitab verilənlər! Bəzi üzləri silib tərsinə çevirmədən, yaxud şənbə camaatını lənətlədiyimiz kimi onları lənətləmədən, yanınızda olanı (Tövratı) təsdiqləyici olaraq endirdiyimiz bu kitaba (Qur`ana) iman edin. Allahın əmri mütləq yerinə yetəcəkdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey Kitab bəxş olunanlar! Əlinizdə olanı təsdiqləmək üçün sizə nazil etdiyimizə [Qurana] üzləri tanınmaz hala salıb arxaya çevirməzdən və şənbə əhli kimi onları lənətləməzdən əvvəl iman gətirin! Allahın əmri yerinə yetəcəkdir.
Sabirə Dünyamalıyeva:
Ey Kitab verilmiş kəslər! Biz, bəzi üzləri silib ənsələrinə çevirməmiş, yaxud Səbt camaatını[#371] uzaqlaşdırıb gözdən saldığımız kimi uzaqlaşdırmamış, yanınızda olanı təsdiqləmək üçün nazil etdiyimiz bu kitaba iman gətirin. Və Allahın əmri yerinə yetəcək.