Əlixan Musayev:
O Saat haqqında bilgi yalnız Ona məxsusdur. Onun xəbəri olmadan heç bir meyvə toxumundan cücərib çıxmaz, heç bir dişi hamilə olmaz və daşıdığı yükü (bətnindəkini) yerə qoymaz. O gün (Allah) onları çağırıb: “Şəriklərim haradadır?”– deyəcəkdir. Onlar da: “Biz Sənə bildirdik ki, aramızda heç bir şahid yoxdur!”– deyəcəklər.
Bünyadov-Məmmədəliyev:
O saatı (qiyamətin nə vaxt qopacağını) bilmək yalnız Ona aiddir. O bilmədən heç bir meyvə qabığından (tumurcuğundan) çıxmaz, heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz. (Allah) onlara (müşriklərə məzəmmət və istehza ilə): “Şəriklərim haradadır? – deyəcəyi gün, onlar: “(Ey Rəbbimiz!) Biz Sənə ərz etdik ki, aramızda (Sənin şərikin olduğuna şəhadət verə biləcək) heç bir şahid yoxdur!” – deyə cavab verəcəklər.
Elmir Quliyev
:
К Нему восходит знание о Часе. Не вырастет ни один плод из завязи, не понесет и не родит ни одна самка без Его ведома. В тот день, когда Он воззовет к ним: "Где же Мои сотоварищи?" — они скажут: "Мы дали Тебе знать, что никто из нас не станет свидетельствовать".
Ələddin Sultanov:
Qiyamətin vaxtını yalnız O bilir. Onun xəbəri olmadan heç bir meyvə (çəyirdəyi) qabığından çıxmaz, heç bir dişi hamilə qalmaz və doğmaz. Allahın onlara: “Şəriklərim haradadır?” - deyə səslənəcəyi gün onlar: “Biz (buna dair) aramızda heç bir şahidin olmadığını sənə bildirdik”, - deyəcəklər.
Kerbelayi Malik ağa:
O saatın (qiyamətin) elmi Ona aiddir. Onun elmi olmadan heç bir meyvə tumurcuğundan çıxmaz. Heç bir qadın hamilə qalmaz və doğa bilməz. Onlara ‘Mənim şəriklərim haradadır?’ deyə səsləniləcəyi gün ‘Sənə ərz etdik, bizdən bir şahid yoxdur.’ dedilər (deyərlər).
Ələsgər Musayev:
Onun tərəfinədir elmi saatın. Heç meyvə öz qönçəsindən
çıxmaz və heç qadın hamilə olmaz və doğmaz, ancaq Onun
elmi ilə. O gün nida edər onlara: «Haradadır Mənim
şəriklərim?» Deyərlər: «Biz Sənə xəbər verdik, bizim heç bir
şahiddən yoxumuzdur!»
A.Mehdiyev və D.Cəfərli:
Qiyamətin (baş verəcəyi zamanın) elmi yalnız Ona qayıdır. O bilmədən meyvələr qabıqlarından çıxmır, heç bir dişi hamilə qalmır və (hamiləlik) yükünü yerə qoymur. (Allah) müşrikləri «haradadır Mənim şəriklərim?» deyə çağıracağı gün onlar deyəcəklər: «Biz (ölüm və Bərzəx aləmini görməklə və həqiqətlərin aydın olması ilə) Sənə elan etdik ki, bizdən (Sənin şərikinin olmasına) əsla bir şahid yoxdur.
Kövsər Tağıyev:
Qiyamətin nə zaman qopacağını bilmək yalnız Ona aiddir. Meyvələrin tumurcuqlarından çıxması, dişinin hamilə qalması və doğması ancaq Onun elmi ilədir. Allah onlara: “Mənə şərik qoşduqlarınız haradadır?” – deyə səsləndiyi gün belə deyərlər: “Sənə ərz edirik ki, bizdən onları görən heç kim yoxdur”.
M.Qənioğlu və T.Bilaloğlu:
Qiyamət haqqında bilgi ancaq Ona həvalə edilir. Onun xəbəri olmadan nə bəhrələr öz toxumundan cücərib çıxar, nə də dişi hamilə olub doğar. O günü O, onları səsləyəcəkdin “Hanı Mənim şəriklərim?!" Onlar isə deyəcəklər “Biz Sənə bildiririk ki, içərimizdə (Sənə şərik qoşmamıza) heç bir şahid yoxdur!"
Sabirə Dünyamalıyeva:
O saat haqqında məlumat yalnız Allaha məxsusdur. Onun xəbəri olmadan heç bir meyvə qabığından çıxmaz, heç bir dişi hamilə qalmaz və doğmaz, bala salmaz. Və Allah, onlara: "Mənim şəriklərim haradadır?" deyə səsləndiyi gün, onlar: "Bizdən heç bir şahid olmadığını Sənə ərz edirik" deyərlər.