Əlixan Musayev:
Allah tərəfindən qarşısıalınmaz gün gəlməmişdən əvvəl Rəbbinizin çağırışına cavab verin! O gün sizin üçün heç bir sığınacaq olmayacaq və siz (günahlarınızı )inkar edə bilməyəcəksiniz.
Bünyadov-Məmmədəliyev:
(Ey insanlar!) Allah tərəfindən geri qaytarılması əsla mümkün olmayan bir gün (qiyamət günü) gəlməmişdən əvvəl Rəbbinizin dəvətini qəbul edin! (Ona iman gətirin!) O gün sizin üçün heç bir sığınacaq tapılmaz və (günahlarınızı) inkar etməyə də heç bir imkan olmaz!
Elmir Quliyev
:
Ответьте вашему Господу прежде, чем наступит день от Аллаха, который невозможно отвратить (или день, который Аллах не отвратит). В тот день не будет для вас убежища, и вы не сможете отрицать свои грехи.
Ələddin Sultanov:
Allah tərəfindən geri dönüşü olmayan gün gəlmədən əvvəl Rəbbinizin dəvətini qəbul edin! O gün sizin üçün heç bir sığınacaq yeri olmaz və heç bir şeyi inkar edə bilməzsiniz.
Kerbelayi Malik ağa:
Rəbbinizin (dəvətini) qəbul edin (Allaha təslim olmağı diləyin), Allah tərəfindən geri döndərilməyəcək olan günün gəlməsindən əvvəl. İzn günü sizin üçün bir sığınacaq yoxdur. Siz etdiklərinizi inkar edə bilməzsiniz.
Ələsgər Musayev:
Cavab verin Rəbbinizə, ondan qabaq ki, gələr gün
Allahdan onu rədd edən olmaz! Sizin üçün sığınacaqdan
yoxdur o gün və sizin üçün inkardan olmaz!
A.Mehdiyev və D.Cəfərli:
Allah tərəfindən bir qayıdışı olmayan gün (Qiyamət) gəlib çatmamışdan qabaq Rəbbinizi(n iman və əmələ dəvətini) qəbul edin. Həmin gün sizin üçün nə bir sığınacaq olar və nə də (əməllərinizi) bir inkar etmək (qüdrətiniz).
Kövsər Tağıyev:
Geri qaytarılması mümkün olmayan bir gün Allahdan gəlməzdən əvvəl Rəbbinizin dəvətinə uyun. O gün sizin üçün nə sığınacaq bir yer var, nə də (günahlarınızı) inkar edə bilərsiniz!
M.Qənioğlu və T.Bilaloğlu:
Qarşısı alınmaz qiyamət günü Allah tərəfindən gəlməmiş Rəbbinizin (haqqa də vətinə) cavab verin. O günü sizin üçün nə bir sığınacaq yeri, nə də (günahlarınızı) inkar etməyə imkan olacaqdır.
Sabirə Dünyamalıyeva:
Allahdan özləri üçün dönüş yeri olmayan, geri çevrilə bilməyəcək gün gəlmədən öncə Rəbbinizin çağırışlarına qarşılıq verin. O gün sizin üçün sığınacaq bir yer yoxdur, sizin üçün tanınmayacaq hala düşmək/tanınmamaq yoxdur.