Əlixan Musayev:
Onların gözləri Od sakinlərinə tərəf çevrildikdə isə deyəcəklər: “Ey Rəbbimiz, bizi zalımlara tay tutma!”
Bünyadov-Məmmədəliyev:
Onların nəzərləri cəhənnəm əhlinə çevrildiyi zaman: “Ey Rəbbimiz! Bizi zalımlarla bir etmə!” - deyərlər.
Elmir Quliyev
:
Когда же их взоры обратятся к обитателям Огня, они скажут: "Господь наш! Не помещай нас с людьми несправедливыми!"
Ələddin Sultanov:
Ancaq gözləri cəhənnəm əhlinə tərəf çevrildiyi zaman: “Ey Rəbbimiz, bizi zalım qövmlə bərabər etmə!” - deyərlər.
Kerbelayi Malik ağa:
Onların baxışları atəş (cəhənnəm) əhlinin tərəfinə çevrilincə: ‘Rəbbimiz, bizi zalım qövm ilə bərabər etmə.’ dedilər.
Ələsgər Musayev:
Onda ki, onların nəzərləri od əshabına sataşar, deyərlər: «Rəbbimiz! Bizi zalim qoumla birlikdə yerləşdirmə!»
A.Mehdiyev və D.Cəfərli:
Gözləri Cəhənnəm əhlinə tərəf dönən zaman (isə) deyərlər: «Ey Rəbbimiz, bizi zalım qövmlə birgə etmə».
Kövsər Tağıyev:
Gözləri cəhənnəmliklərə tərəf yönəldiyi zaman: “Ey Rəbbimiz! Bizi zalımlar topluluğu ilə bərabər etmə”, – deyərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların nəzərləri cəhənnəm əhlinə sataşanda isə: "Rəbbimiz, bizi zalımlarla bir yerə salma!” - söylərlər.
Sabirə Dünyamalıyeva:
Gözləri od əhlinə çevrildiyində, "Rəbbimiz! Bizi bu xainlərlə bir yerə qoyma" deyəcəklər.