Əlixan Musayev:
Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxan və (insanları) Allah yolundan sapdıran kəslər kimi olmayın. Allah onların əməllərini hər tərəfdən ehtiva etmişdir.
Bünyadov-Məmmədəliyev:
(Ey möminlər!) Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxanlar və (insanları) Allah yolundan döndərənlər (Məkkə müşrikləri) kimi olmayın. Allah onların nə etdiklərindən xəbərdardır!
Elmir Quliyev
:
Не уподобляйтесь тем, которые горделиво вышли из своих домов, показывая себя перед людьми, и сбивали других с пути Аллаха. Аллах объемлет все, что они совершают.
Ələddin Sultanov:
Özlərini insanlara göstərmək və (insanları) Allah yolundan döndərmək üçün təkəbbürlənərək yurdlarından çıxan (kafirlər) kimi olmayın! Allah onların etdiklərini əhatə etmişdir (etdiklərindən xəbərdardır).
Kerbelayi Malik ağa:
Siz yurdlarınızdan təkəbbürlə və riya ilə (özlərini camaata göstərərək) çıxanlar və Allahın yolundan sapdıranlar kimi olmayın. Allah etdiyiniz şeyləri (elmiylə, hökmüylə) əhatə edəndir.
Ələsgər Musayev:
Olmayın o kəslər kimi ki, insanlar qarşısında diyarlarından xaric oldular təzahür və riya üçün. Allahın yolundan sədd çəkirlər və Allah nə ilə ki, əməldədirlər, Mühitdir.
A.Mehdiyev və D.Cəfərli:
Öz evlərindən nemətdən sərxoş halda və özlərini camaata göstərmək üçün çıxan və (insanları) Allahın yolundan saxlayan kəslər (Əbu Cəhlin Bədrə tərəf gedən qoşunu) kimi olmayın. Allah (qüdrət və elm baxımından) onların etdiklərini əhatə etmişdir.
Kövsər Tağıyev:
Kibrlənmək, özünü insanlara göstərmək və (xalqı) Allah yolundan yayındırmaq üçün yurdlarından çıxanlar (Məkkə müşrikləri) kimi olmayın. Allah onların etdiklərini bilir.
M.Qənioğlu və T.Bilaloğlu:
Öz yurdlarından təkəbbürlə və özlərini adamlara göstərmək üçün çıxanlar, (adamları) Allah yolundan çıxaranlar kimi olmayın! Allah onların nə etdiklərindən xəbərdardır.
Sabirə Dünyamalıyeva:
Təkəbbürlə, özlərini camaata göstərərək yurdlarından çıxan və Allah yoluna maneə qoyan kəslər kimi də olmayın. Və Allah onların etdiklərini əhatə edəndir.