Əlixan Musayev:
Onlara orada heç bir yorğunluq toxunmayacaq və onlar oradan çıxarılmayacaqlar.
Bünyadov-Məmmədəliyev:
Onlara orada (Cənnətdə) heç bir yorğunluq (zəhmət) üz verməz. Onlar oradan çıxan da deyillər. (Cənnətdə əbədi qalacaqlar).
Elmir Quliyev
:
Там их не коснется усталость, и их не изгонят оттуда.
Ələddin Sultanov:
Onlar orada əsla yorğunluq hiss etməz və oradan çıxarılmazlar.
Kerbelayi Malik ağa:
Onlara orada bir yorğunluq üz verməz və onlar oradan çıxarılmazlar.
Ələsgər Musayev:
Onlara orada heç
bir çətinlik toxunmaz və onlar oradan xaric edilməzlər.
A.Mehdiyev və D.Cəfərli:
Orada onlara əsla bir zəhmət yetişməz və onlar oradan əsla çıxarılmazlar.
Kövsər Tağıyev:
Onlar orada heç bir yorğunluq çəkməzlər və onlar oradan çıxarılmazlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara orada heç bir sıxıntı, yorğunluq toxunmaz və onlar oradan çıxarılmazlar.
Sabirə Dünyamalıyeva:
Cənnətdə onlara heç bir yorğunluq üz verməz. Onlar oradan çıxarılacaq da deyil.