Əlixan Musayev:
Məgər onlar Allahın xəlq etdiyi hər hansı bir şeyi müşahidə etməyiblərmi? Onların kölgələri müti surətdə Allaha səcdə edərək sağa-sola əyilir.
Bünyadov-Məmmədəliyev:
Məgər onlar Allahın yaratdığı hər hansı bir şeyə baxıb görmürlərmi ki, onların kölgələri Allaha acizanə surətdə səcdə edərək sağa-sola əyilir?!
Elmir Quliyev
:
Неужели они не наблюдали за вещами, которые созданы Аллахом? Они обладают тенью, которая склоняется вправо и влево, падая ниц пред Аллахом и оставаясь смиренной.
Ələddin Sultanov:
Onlar Allahın yaratdığı - kölgələri kiçilən və Allaha səcdə edərək sağa-sola əyilən hər hansı bir əşyaya baxıb təfəkkür etmədilərmi?
Kerbelayi Malik ağa:
Onlar Allahın yaratdığı hər şeyi görmədilərmi? Onun kölgələri tabe olaraq sağdan və soldan Allaha səcdə edərək dönərlər.
Ələsgər Musayev:
Ə,
onlar görmürlərmi o şeylərdən ki, Allah xəlq edib, kölgələri
sağdan və soldan dolanır Allah üçün səcdə edir və onlar
mütidirlər?
A.Mehdiyev və D.Cəfərli:
Məgər Allahın yaratdığı (kölgəli) cisimlərə (günəşin qarşısında üzü və ya arxası cənuba olan zaman) baxmırlarmı ki, onların kölgələri - bütün cisimlər və kölgələri, Allaha səcdə edərək (qeyri-ixtiyari) itaət və zillət halında olduqları vəziyyətdə – sağdan və sol tərəflərdən (sağdan arxaya və soldan qabaq tərəfə) qayıdır?! (Bəs nə üçün ayılmırlar?!)
Kövsər Tağıyev:
Allahın yaratdığı şeyləri görmürlərmi? Onların kölgələri Allaha səcdə edərək və təvazökarlıqla boyun əyərək sağa və sola dönürlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar Allahın yaratdığı belə şeyləri görmürlərmi ki, onların kölgələri də itaətlə Allaha səcdə edərək sağa-sola əyilirlər?
Sabirə Dünyamalıyeva:
Onlar, kölgələri Allaha boyun əyərək, kiçilərək sağdan sola dönən, Allahın yaratdığı bəzi şeyləri görmədilərmi/bunları heç düşünmədilərmi?