Məryəm Surəsi 48. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Mən sizi Allahdan başqa sitayiş etdiyiniz (bütləri) tərk edir öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım”.
Bünyadov-Məmmədəliyev:
Mən sizi sizin Allahdan başqa tapındığınız bütləri tərk edib bir kənara çəkilir öz Rəbbimə dua (ibadət) edirəm. Ola bilsin ki, mən Rəbbimə ibadət etməklə bədbəxt (Onun mərhəmətindən naümid, məhrum) olmayım. (Mənim Allaha etdiyim ibadət, sizin bütlərə, tanrılara etdiyiniz ibadət kimi puça çıxmasın!)”
Elmir Quliyev :
Я удаляюсь от вас и от того, чему вы поклоняетесь помимо Аллаха, и обращаюсь с мольбой к моему Господу. Быть может, благодаря молитвам к моему Господу я не буду несчастен".
Ələddin Sultanov:
Mən sizdən də, Allahı qoyub sitayiş etdiklərinizdən uzaqlaşıram Rəbbimə ibadət edirəm. Ümid edirəm ki, Rəbbimə ibadət etməklə bədbəxt olmaram”.
Kerbelayi Malik ağa:
Mən sizdən Allahdan başqa dua etdiyiniz şeylərdən ayrılıram. Rəbbimə dua edirəm. Ümid edilər ki (inşaallah), (bu) dualarla mən Rəbbimə şaki olmaram.
Ələsgər Musayev:
Mən uzaqlaşıram sizdən Allahdan başqa çağırdıqlarınızdan. Çağırıram Rəbbimi, ola ki, Rəbbimi çağırmaqla məşəqqətli olmayım».
A.Mehdiyev və D.Cəfərli:
mən sizdən Allahın yerinə çağırdıqlarınızdan uzaqlaşır Rəbbimi çağırmaqda məhrum olmayacağım (və ya siz bütləri çağırmaqla bədbəxt olduğunuz kimi bədbəxtliyə düçar olmayacağım) ümidi ilə öz Rəbbimi çağırıram.
Kövsər Tağıyev:
“Sizi Allahdan qeyri ibadət etdiklərinizi tərk edir Rəbbimə ibadət edirəm. Rəbbimə ibadət etməklə bədbəxt olmayacağıma ümid edirəm”.
M.Qənioğlu və T.Bilaloğlu:
Mən sizi sizin Allahdan başqa ibadət etdiklərinizi tərk edirəm öz Rəbbimə ibadət edirəm. Ola bilsin ki, mən öz Rəbbimi (dua ilə) çağırmaqla bədbəxt olmayam."
Sabirə Dünyamalıyeva:
mən, sizdən də, Allahın altındakılardan bəndəlik etdiyiniz şeylərdən çəkilib uzaqlaşıram. Rəbbimə dua edəcəyəm. Ümid edirəm ki, Rəbbimə etdiyim duada məyus olmayacağam" dedi.