Əlixan Musayev:
Biz Furqanı müttəqilərdən ötrü bir nur və öyüd-nəsihət kimi Musa və Haruna vermişdik.
Bünyadov-Məmmədəliyev:
Biz Musa və Haruna Furqanı (haqqı batildən ayıran Tövratı doğru yolu göstərən) bir nur və müttəqilərdən ötrü öyüd-nəsihət olaraq vermişdik.
Elmir Quliyev
:
Мы даровали Мусе (Моисею) и Харуну (Аарону) различение (способность различать истину ото лжи), сияние (Таурат) и напоминание для богобоязненных,
Ələddin Sultanov:
Həqiqətən, Biz Musa və Haruna müttəqilər üçün işıq və öyüd olan Fürqanı (Tövratı) verdik. (Bu ayədə Tövrat üçün işlədilən “Fürqan” kəlməsi “haqqı batildən, yaxşını pisdən ayıran” kimi mənalara gəlir. Həmçinin Qurani-Kərimin bir adı da Fürqandır.)
Kerbelayi Malik ağa:
And olsun ki, Biz Musaya (ə.s) və Haruna (ə.s) təqva sahibləri üçün Furqanı (Tövratı) bir Nur və Zikr olaraq verdik.
Ələsgər Musayev:
Əlbəttə, Biz əta etdik Musa
və Haruna Furqanı, ziya və zikrdir müttəqilər üçün
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Biz Musa ilə Haruna haqqı batildən ayırmaq vasitəsi, (qəlblərə və insanların mənəvi yoluna) aydınlıq (gətirən) və təqvalılar üçün öyüd-nəsihət (səma kitabı Tövratı) verdik.
Kövsər Tağıyev:
And olsun, biz Musa ilə Haruna o Furqanı1 (Tövratı) Allaha qarşı gəlməkdən çəkinənlər üçün bir işıq və bir öyüd olaraq verdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Musaya və Haruna Furqanı [haqqı batildən ayıran Tövratı] bir işıq və müttəqilər üçün bir öyüd-nəsihət olaraq nazil etdik.
Sabirə Dünyamalıyeva:
Və and olsun ki, Musa və Haruna Furqanı və görülməyən, eşidilməyən, hiss edilməyən kimsəsiz yerdə Rəbbi qarşısında hörmətlə, məhəbbətlə, elmlə ürpərən, qiyamətin qopmasından vahiməylə titrəyən,