Əlixan Musayev:
Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqları zaman onlardan bir dəstə üz çevirir.
Bünyadov-Məmmədəliyev:
(Münafiqlər) aralarında hökm etmək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərinin yanına çağırıldıqda onlardan bir dəstə (onun yanına gəlməkdən, haqqa boyun qoymaqdan) dərhal üz çevirər.
Elmir Quliyev
:
Когда их зовут к Аллаху и Его Посланнику, чтобы он рассудил их, часть из них отворачивается.
Ələddin Sultanov:
Aralarında hökm verməsi üçün Allaha və Peyğəmbərinə çağırıldıqları zaman onlardan bir qrup dərhal üz çevirər.
Kerbelayi Malik ağa:
Onların aralarında hökm verməsi üçün Allah və Rəsuluna dəvət olunduqları zaman onların bir qismi üz çevirənlərdir.
Ələsgər Musayev:
Onda ki, onları dəvət edirlər tərəfinə Allahın və Onun rəsulunun, ondan ötürü ki, hökm edə aralarında onların, onda onlardan bir firqə üz çevirir.
A.Mehdiyev və D.Cəfərli:
(Mövcud ixtilaf və çəkişmə barəsində) aralarında (peyğəmbərin) hakimlik etməsi üçün Allaha və Onun Peyğəmbərinə tərəf çağırıldıqları zaman onların bir dəstəsi dərhal (Peyğəmbərin yanına getməkdən) üz döndərərlər.
Kövsər Tağıyev:
Aralarında hökm verməsi üçün Allaha (Qur`ana) və peyğəmbərə çağırıldıqları zaman görərsən ki, onlardan bir dəstə üz çevirər.
M.Qənioğlu və T.Bilaloğlu:
Aralarında hökm vermək üçün Allahın və Onun peyğəmbərinin yanına çağırılanda bir də görərsən onların bir dəstəsi üz döndərər [gəlməz].
Sabirə Dünyamalıyeva:
Və aralarında hakimlik etmək üçün Allaha və Elçisinə [tərəf] çağırıldıqları zaman, görürsən ki, onlardan bir dəstə [üz çevirib] uzaqlaşar.