Furqan Surəsi 48. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Biz göydən tərtəmiz su endirdik ki,
Bünyadov-Məmmədəliyev:
Küləkləri rəhməti (yağışı) önündə müjdəçi olaraq göndərən Odur. Biz göydən tərtəmiz su endirdik ki,
Elmir Quliyev :
Он Тот, Кто посылает ветры с доброй вестью о Своей милости. Мы ниспосылаем с неба чистую и очищающую воду,
Ələddin Sultanov:
Küləkləri mərhəmətinin önündə müjdəçi olaraq göndərən Odur. Biz göydən tərtəmiz su endirdik ki,
Kerbelayi Malik ağa:
Küləyi müjdələyici olaraq rəhmətinin önündə göndərən Odur. Biz səmadan tərtəmiz su endirdik.
Ələsgər Musayev:
O Odur ki, göndərir küləkləri rəhməti önündə bəşarət olaraq. Biz nazil etdik səmadan pak su,
A.Mehdiyev və D.Cəfərli:
Buludları Öz rəhmətinin önündə (yağışdan qabaq) müjdəçilər olaraq göndərən Odur. Biz göydən (yağış, qar dolu şəklində özü) pak (olan) pak edən bir su nazil etdik
Kövsər Tağıyev:
O, küləkləri rəhmətinin önündə müjdəçi olaraq göndərəndir. Biz göydən tərtəmiz bir su endirdik ki,
M.Qənioğlu və T.Bilaloğlu:
Küləkləri Öz mərhəməti [yağış] önündə müjdəçi kimi göndərən Odur. Biz səmadan təmiz su endirdik
Sabirə Dünyamalıyeva:
O, küləkləri Öz mərhəmətinin önündə müjdəçi olaraq göndərir. Biz göydən tərtəmiz su endirdik.