Əlixan Musayev:
Şəhərdə doqquz adam var idi ki, bunlar yer üzündə fitnə-fəsad törədir, yaxşı işlər görmürdülər.
Bünyadov-Məmmədəliyev:
(Səmud tayfasının yaşadığı Hirc adlı) şəhərdə doqquz kişi var idi ki, yer üzündə fitnə-fəsad törədər, əsla yaxşı bir iş görməzlər.
Elmir Quliyev
:
В городе было девять человек, которые распространяли на земле нечестие и ничего не улучшали.
Ələddin Sultanov:
O şəhərdə fitnə-fəsad törədən və heç bir yaxşı iş görməyən doqquz nəfər var idi.
Kerbelayi Malik ağa:
Şəhərdə doqquz nəfərlik bir qrup vardı ki, yer üzündə fəsad çıxarırlar və islah etmirdilər.
Ələsgər Musayev:
Şəhərdə doqquz nəfər var idi ki, ərzdə fəsad edərdilər və islah etməzdilər.
A.Mehdiyev və D.Cəfərli:
Və o şəhərdə (şəhərin əşraflarından və azğınlarından ibarət) doqquz nəfər (yaxud doqquz kiçik dəstə) var idi ki, yer üzündə fitnə-fəsad törədər və əsla yaxşı bir iş görməzdilər.
Kövsər Tağıyev:
Şəhərdə doqquz kişilik bir dəstə var idi. Onlar yer üzündə fitnə-fəsad törədir və saleh işlər görməyə çalışmırdılar.
M.Qənioğlu və T.Bilaloğlu:
Şəhərdə, yer üzündə fitnə-fəsad törədən və (insanları) yaxşı işlərə sövq etməyən doqquz adam var idi.
Sabirə Dünyamalıyeva:
Və o şəhərdə, yer üzündə fitnə törədən, sahmana salmaq qayəsi ilə iş görməyən, doqquz kişilik bir dəstə var.