Əhzab Surəsi 48. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kafirlərə münafiqlərə itaət etmə. Onların əziyyətlərinə fikir vermə Allaha təvəkkül et. Allahın Qoruyan olması kifayətdir.
Bünyadov-Məmmədəliyev:
Kafirlərə münafiqlərə itaət etmə. Onların (sənə olan) əziyyətlərinə əhəmiyyət vermə, Allaha bel bağla. Allahın sənə vəkil olması kifayət edər.
Elmir Quliyev :
Не подчиняйся неверующим и лицемерам, оставь причиняемые ими страдания и уповай на Аллаха. Довольно того, что Аллах является Попечителем и Хранителем!
Ələddin Sultanov:
Kafirlərə münafiqlərə boyun əymə! Onların verdikləri əziyyətlərə əhəmiyyət vermə Allaha təvəkkül et! Vəkil olaraq Allah yetər.
Kerbelayi Malik ağa:
Kafirlərə münafiqlərə itaət etmə onların əziyyətlərinə əhəmiyyət vermə Allaha təvəkkül et. Allah vəkil olaraq sənə kifayət edər.
Ələsgər Musayev:
Itaət etmə kafirlərə münafiqlərə onların əziyyətlərindən keç təvəkkül et Allaha kafidir Allah ilə Vəkillik!
A.Mehdiyev və D.Cəfərli:
kafirlərə münafiqlərə (heç bir təklifdə) itaət etmə (hələlik) onların sənə əziyyətlərinə əhəmiyyət vermə Allaha təvəkkül et Allah (bəndələrinin) işlər(in)ə vəkil olması onları yoluna qoyması kifayət edər.
Kövsər Tağıyev:
Kafirlərə münafiqlərə itaət etmə! Onların əziyyət vermələrinə məhəl qoyma Allaha təvəkkül et. Vəkil olaraq Allah yetər.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlərə münafiqlərə itaət etmə, onların verdiyi əziyyətlərə fikir vermə Allaha təvəkkül et! Vəkil olaraq Allah kifayətdir.
Sabirə Dünyamalıyeva:
Kafirlərə [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslərə] münafiqlərə itaət etmə, onların verdiyi əziyyətlərə əhəmiyyət vermə. sən, işin nəticəsini Allaha tapşır. "bütün varlıqları müəyyən bir proqrama görə nizamlayan bu proqramı qoruyaraq, dəstəkləyərək tətbiq edən" olaraq Allah bəs edər.