Səba Surəsi 48. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Rəbbim haqqı endirir. O, qeybləri biləndir”.
Bünyadov-Məmmədəliyev:
De: “Rəbbim haqqı (vəhyi risaləti Öz peyğəmbərlərinə) nazil edər. O, qeybi ən yaxşı biləndir!”
Elmir Quliyev :
Скажи: "Воистину, мой Господь ниспосылает истину (или бросает истину в ложь). Он Ведающий сокровенное".
Ələddin Sultanov:
De: “Həqiqətən, Rəbbim haqqı nazil edir. O, qeybi çox yaxşı biləndir!”
Kerbelayi Malik ağa:
De ki: ‘Şübhəsiz ki, mənim Rəbbim haqqı təcəlli etdirər. Bütün qeybləri biləndir.’
Ələsgər Musayev:
De: «Həqiqətən, Rəbbim haqq ilə ilham verir Alimdir qeyblərə!»
A.Mehdiyev və D.Cəfərli:
De: «Şübhəsiz mənim Rəbbim haqqı təlqin edir (səmavi kitabları peyğəmbərlərin qəlblərinə nazil edir onların dilindən cəmiyyətə çatdırır). O, qeybləri kamil şəkildə biləndir».
Kövsər Tağıyev:
De ki: “Şübhəsiz, Rəbbim haqqı meydana çıxarar. O, qeybləri haqqı ilə biləndir”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Həqiqətən, mənim Rəbbim (peyğəmbərlərə) haqqı verər, O, qeybləri yaxşı biləndir."
Sabirə Dünyamalıyeva:
De ki: "Şübhəsiz ki, mənim Rəbbim, haqqı öz yerinə qoyar. O, görünməyəni, eşidilməyəni, hiss edilməyəni, gələcəyi, keçmişi ən yaxşı biləndir."