Əlixan Musayev:
Onların qazandıqları pis əməllər öz qarşılarına çıxacaq və istehza etdikləri (əzab) onları bürüyəcəkdir.
Bünyadov-Məmmədəliyev:
Onlara (dünyada) etdikləri pis əməllərin cəzası (pis nəticəsi) görünəcək və istehza etdikləri (əzab) onları saracaqdır!
Elmir Quliyev
:
Им откроются злые деяния, которые они приобрели, а то, над чем они издевались, окружит (или поразит) их.
Ələddin Sultanov:
tdikləri pis işlər onların qarşısına çıxacaq və istehza etdikləri (əzab) onları bürüyəcəkdir.
Kerbelayi Malik ağa:
Qazandıqları günahlar onlara aşkar oldu. Lağa qoyduqları əzab onları bürüdü.
Ələsgər Musayev:
Aşkar oldu onlara kəsb etdikləri əməllərin pisliyi və
istehza etdiklərinin cəzası onlara yetişdi.
A.Mehdiyev və D.Cəfərli:
Onlar üçün pis əməllər və əməllərinin cəzası zahir olacaq və onları (dünyada) istehza etdikləri şey (Qiyamətin çətinlikləri və cəhənnəmin müxtəlif əzabları) bürüyəcəkdir.
Kövsər Tağıyev:
(Dünyada) qazandıqları şeylərin pislikləri qarşılarına çıxmış, istehza etdikləri şey onları bürümüşdür.
M.Qənioğlu və T.Bilaloğlu:
Tutduqları əməllərin pis əvəzləri onların qarşısına (çıxacaqdır) və istehza etdikləri (əzab) özlərini bürüyəcəkdir.
Sabirə Dünyamalıyeva:
Və qazandıqlarının pislikləri [pis nəticələri] onlar üçün meydana çıxmış və istehza etdikləri şeylər, onların ətrafını bürümüşdür.