Fussilət Surəsi 48. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əvvəllər tapındıqları (bütlər) onları qoyub gedəcək onlar özləri üçün bir qurtuluş yeri olmadığını yəqin edəcəklər.
Bünyadov-Məmmədəliyev:
Öncə (dünyada) ibadət etdikləri (bütlər) onlardan qeyb olacaq onlar özləri üçün qaçıb can qurtarmağa bir yer olmadığını yəqin edəcəklər.
Elmir Quliyev :
Те, к кому они взывали прежде, покинут их, и они обретут уверенность в том, что не смогут сбежать.
Ələddin Sultanov:
Daha əvvəl dua etdikləri (bütlər) onlardan uzaqlaşıb yoxa çıxacaq onlar özləri üçün qaçacaq bir yer olmadığını dərk edəcəklər.
Kerbelayi Malik ağa:
Daha əvvəl tapınmış olduqları şeylər onlardan uzaqlaşıb getdilər. Onlar üçün qaçıb qurtulacağı bir yerin olmadığını anladılar.
Ələsgər Musayev:
Qabaqcadan çağırmış olduqları zəlil olaraq onlardan yox oldular zənn etdilər ki, onlar üçün qurtuluş yoxdur.
A.Mehdiyev və D.Cəfərli:
Onların ondan öncə çağırdıqları (dünyada tanrı, Allah dərgahına yaxın şəfaətçi kimi qəbul etdikləri) nəzərlərindən itəcək onlar özləri üçün heç bir qaçış yolunun olmadığına yəqin edəcəklər.
Kövsər Tağıyev:
Daha əvvəl yalvardıqları tanrılar onları darda qoyub uzaqlaşmışdır. Qaçacaq bir yerləri olmadığını anlamışdılar.
M.Qənioğlu və T.Bilaloğlu:
Əvvəllər ibadət etdikləri [bütlər] onlardan üz döndərib yox olacaqlar onlar artıq özləri üçün bir qurtuluş yolunun olmadığını yəqin edəcəklər.
Sabirə Dünyamalıyeva:
Əvvəlcədən ibadət etdikləri şeylər onlardan uzaqlaşıb qeyb oldu. Onlar, qaçıb can qurtarmağa bir yer olmadığını da yaxşıca başa düşdülər.