Əlixan Musayev:
Sən öz Rəbbinin hökmünə səbr et və balıq sahibi (Yunus )kimi olma! O zaman o, qəm-qüssə içində (Rəbbinə) dua etmişdi.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Sən öz Rəbbinin hökmünə səbr et və balıq sahibi (Yunis peyğəmbər) kimi olma (risaləti təbliğ etməyi yerə qoyma). O zaman o, (balığın qarnında) qəm-kədər içində boğularaq (Rəbbinə) dua etmişdi.
Elmir Quliyev
:
Потерпи же до решения твоего Господа и не уподобляйся человеку в рыбе (Йунусу), который обратился с мольбой вслух, сдерживая свою печаль.
Ələddin Sultanov:
Sən Rəbbinin hökmünə səbir et və balıq sahibi (Yunis peyğəmbər) kimi olma! Bir zaman o, (balığın qarnında) dərdli-dərdli (Rəbbinə) səslənmişdi.
Kerbelayi Malik ağa:
Rəbbinin hökmünə səbir et. Balıq sahibi (Yunus ə.s) kimi olma! O, qəm-qüssə içində (Rəbbinə) nida etmişdi.
Ələsgər Musayev:
Səbr et hökmü üçün Rəbbinin
və böyük balıq sahibi kimi olma. Onda nida etdi və o, sıxıntıda
idi.
A.Mehdiyev və D.Cəfərli:
Belə isə, Rəbbinin hökmünə səbr et (onların məhvinə tələsmə) və balıq sahibi (Yunus) kimi olma! O zaman o, qəm-qüssə ilə dolu bir qəlblə (balığın qarnında Allahı) səslədi.
Kövsər Tağıyev:
Sən Rəbbinin hökmünə səbir et. Balıq sahibi (Yunus) kimi olma! Bir vaxt o, (balığın qarnında) kədərli bir halda Rəbbinə yalvarmışdı.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən öz Rəbbinin hökmünə səbr et və balıq sahibi [Yunis peyğəmbər] kimi olma. O zaman o, kədərdən tutulub boğulmuş vəziyyətdə ikən (Allahı köməyə) çağırdı.
Sabirə Dünyamalıyeva:
Elədirsə, Rəbbinin hökmü üçün səbr et və darlığa düşən kəs kimi olma. O, bir dəfə həddindən artıq darlığa düşəndə, Rəbbini səsləmişdi.