Əlixan Musayev:
Əraf əhli simalarından tanıdıqları adamları səsləyib deyəcəklər: “Sizə nə yığdıqlarınız, nə də təkəbbürlük göstərməyiniz fayda vermədi”.
Bünyadov-Məmmədəliyev:
Əraf əhli üzlərindən tanıdıqları adamlara müraciət edib: “Sizə nə yığdığınız mal-dövlət, nə də təkəbbürünüz fayda verdi”, - deyəcək.
Elmir Quliyev
:
Люди на оградах обратятся к мужчинам, которых они узнают по их признакам, и скажут: "Не помогло вам то, что вы собирали, и ваше высокомерие.
Ələddin Sultanov:
Əraf əhli üzlərindən tanıdıqları (cəhənnəm əhlindən olan) adamlara səslənərək deyərlər: “Nə yığdıqlarınız, nə də təkəbbürləndiyiniz şeylər sizə bir fayda verdi!
Kerbelayi Malik ağa:
Onları üzlərindən tanıyan Əraf əhli onlara səslənib belə dedilər: ‘Sizin topladıqlarınız və təkəbbürlük göstərdiyiniz şeylər sizə fayda vermədi.’
Ələsgər Musayev:
Əraf əshabı o kişiləri ki, arifdirlər onlara simaları ilə, nida edib deyərlər: «Sizi ehtiyacsız etmədi cəminiz və nə ki, təkəbbürlük etdiyiniz!
A.Mehdiyev və D.Cəfərli:
Və Ə’rafın üstündə olan kəslər üzlərindən tanıdıqları (Cəhənnəm əhlindən olan) kişiləri səsləyər (və onları məzəmmət etmək məqsədilə) deyərlər: «(Gördünüz ki,) sizin toplum və cəmiyyətiniz (yaxud topladığınız mal-dövlət) və təkəbbür göstərməyiniz (sizdən heç bir əzabı) dəf etmədi!»
Kövsər Tağıyev:
Ə`rafdakılar üzlərindən tanıdıqları bəzi adamlara da səslənər və belə deyərlər: “Nə çoxluğunuz, nə də kibrlənməyiniz sizə fayda verdi!”
M.Qənioğlu və T.Bilaloğlu:
Ə'raf əhli simalarından tanıdıqları adamları səsləyərək deyərlər: “Nə topladıqlarınız, nə də təkəbbürünüz sizi xilas etdi!
Sabirə Dünyamalıyeva:
Quran bölmələrinin biliyinə malik olan kəslər, nişanələrindən tanıdıqları kəslərə səslənərək, "Cəmiyyətiniz və təkəbbür göstərdiyiniz şeylər sizə fayda vermədi,