Mürsəlat Surəsi 48. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlara: “Rüku edin!”– deyildiyi zaman rüku etməzlər.
Bünyadov-Məmmədəliyev:
Onlara: “Namaz qılın!” deyildiyi zaman namaz qılmazlar!
Elmir Quliyev :
Когда им говорят: "Поклонитесь!" они не кланяются.
Ələddin Sultanov:
Onlara: “Rüku edin!” - deyildiyi zaman onlar rüku etməzlər.
Kerbelayi Malik ağa:
Onlara: ‘Rüku edin!’ deyildiyi zaman rüku etməzlər.
Ələsgər Musayev:
Onda ki, deyildi onlar üçün: «Rüku edin!» - rüku etməzlər.
A.Mehdiyev və D.Cəfərli:
Onlara «(Allahın müqabilində) rüku edin, müti olun»–deyildiyi zaman rüku etməz, müti olmazlar.
Kövsər Tağıyev:
Onlara “Rüku edin (namaz qılın)” deyildikdə rüku etməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara: "Namaz qılın!" - deyən zaman namaz qılmazlar.
Sabirə Dünyamalıyeva:
Onlara, "Allaha şərik qoşmaqdan uzaq durun" deyiləndə, uzaq durmazlar.