Əlixan Musayev:
Bunun ardınca da, elə bir il gələcək ki, onda insanlara bol yağış veriləcək və onlar (çoxlu meyvə şirəsi) sıxacaqlar”.
Bünyadov-Məmmədəliyev:
Daha sonra insanların bol yağış (bərəkət) görəcəyi bir il gələcək. Onda da adamlar (zeytun, üzüm, xurma və s. meyvələrin) şirəsini sıxacaqlar (onlardan bol-bol istifadə edib bəhrələnəcəklər)”.
Elmir Quliyev
:
Вслед за ними наступит год, когда люди получат обильные дожди и будут выжимать плоды".
Ələddin Sultanov:
Onun ardınca da (Allah tərəfindən bol yağışla) insanlara yardım ediləcəyi və meyvələrin şirəsini sıxacaqları bir il gələcəkdir”.
Kerbelayi Malik ağa:
Bundan sonra içində insanlara bol məhsul olan bir il gələcək və o, il də meyvələrin suyunu sıxacaqlar.
Ələsgər Musayev:
Bundan sonra gələcək bir il ki, insanlar
üçün bol yağış olacaq və onda onlar sıxarlar».
A.Mehdiyev və D.Cəfərli:
«Sonra bunun ardınca elə bir il gələr ki, onda camaatın dadına yetişilər və onlar yağış görərlər. Və onlar onda (süd üçün heyvanların döşlərini, şirə almaq üçün meyvələri və yağ düzəltmək üçün dənələri) sıxarlar».
Kövsər Tağıyev:
“Sonra bunun ardınca insanların yağışa qovuşacaqları bir il gələcək. O zaman (bol ruzi əldə edib) şirə və yağ sıxacaqlar”.
M.Qənioğlu və T.Bilaloğlu:
Bundan sonra isə insanlara bol yağışları olan il gələcək və onlar (mer-meyvə şirəsi) sıxacaqlar".
Sabirə Dünyamalıyeva:
Sonra da onun arxasından bir il gələcək ki, insanlar onda yağışa qovuşacaq və onda [o ildə] sıxıb sağacaqlar; Zeytun yağı, üzüm suyu, bəkməz kimi qidalara da qovuşacaqlar; həyat normallaşacaq."