İsra Surəsi 49. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar deyirlər: “Biz sür-sümük toz halına düşdüyümüz zaman yeni bir məxluq kimi dirildiləcəyikmi?”
Bünyadov-Məmmədəliyev:
Onlar: “Biz sür-sümük, çürüyüb ovxalanmış torpaq olduğumuz halda, dirildilib yeni məxluqmu olacağıq?” deyirlər.
Elmir Quliyev :
Они скажут: "Неужели после того, как от нас останутся кости и частички, мы будем воскрешены в новом творении?"
Ələddin Sultanov:
Bir deyirlər ki: “Həqiqətən, biz sür-sümük olub çürüdükdən sonra yenidən dirildiləcəyikmi?”
Kerbelayi Malik ağa:
‘Biz sür-sümük çürümüş torpaq olduğumuz zamanmı? Həqiqətən biz mütləq yeni bir yaradılışlamı dirildiləcəyik?’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Ə, onda ki, biz sümük sınıqlarından ibarət olacağıq, həqiqətən, biz qalxıb yeni xəlqmi olacağıq?»
A.Mehdiyev və D.Cəfərli:
dedilər: «Məgər biz bir ovuc sümüklər çürümüş üzvlər olduğumuz zaman, yeni bir məxluq surətində dirildiləcəyik?»
Kövsər Tağıyev:
Dedilər ki: “Biz sür-sümük ovxalanmış bir yığıntı olduğumuz zaman yeni bir yaradılışla dirildiləcəyik?”
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar deyərlər: "Əgər biz sür-sümüyə çürüntüyə çevriləriksə, bizi bir məxluq kimi yenidən diriltməkmi olar?"
Sabirə Dünyamalıyeva:
onlar dedilər ki: "Biz, sür-sümük olduğumuz ovxalanıb toz olduğumuz vaxt, həqiqətən, yenidən dirildiləcəyikmi?"