Əlixan Musayev:
İbrahim onları və onların Allahdan başqa yalvardıqlarını tərk etdiyi zaman Biz ona İshaqı və Yaqubu bəxş etdik. Biz onların hər ikisini peyğəmbər etdik.
Bünyadov-Məmmədəliyev:
(İbrahim müşrikləri) və onların Allahdan başqa tapındıqları bütləri tərk edib (Şama) getdiyi zaman Biz ona (oğlu) İshaqla (nəvəsi) Yəqubu bəxş etdik və onların hər ikisini peyğəmbər etdik.
Elmir Quliyev
:
Когда он удалился от них и от того, чему они поклонялись помимо Аллаха, Мы даровали ему Исхака (Исаака) и Йакуба (Иакова). Каждого из них Мы сделали пророком.
Ələddin Sultanov:
İbrahim onlardan və Allahı qoyub sitayiş etdiklərindən uzaqlaşdığı zaman Biz ona İshaqı və Yaqubu bəxş etdik. Onların hər ikisini də peyğəmbər etdik. (Həzrət İbrahimin qövmündən uzaqlaşaraq hicrət etdiyi məmləkətin Şam, yaxud Fələstin olduğu rəvayət edilir. O, Şama getmək üçün yola çıxdığı zaman əvvəlcə Hərrana getmiş və orada Sara adında bir qadınla evlənmişdi. Bu evliliyin nəticəsində onların İshaq adlı oğulları dünyaya gəlmişdir. Həzrət Yaqub da İshaqın oğlu və İbrahim peyğəmbərin nəvəsidir.)
Kerbelayi Malik ağa:
Beləcə onlardan və onların Allahdan başqa qul olduğu şeylərdən ayrıldığı zaman Ona İshaq və Yaqubu bəxş etdik. Hamısını Nəbi (Peyğəmbər) etdik.
Ələsgər Musayev:
Amma elə ki, uzaqlaşdı onlardan və Allahdan
başqa ibadət etdiklərindən, bəxş etdik onun üçün Ishaqı və
Yəqubu və küllisini nəbilər etdik.
A.Mehdiyev və D.Cəfərli:
Elə ki, (İbrahim) onlardan və onların Allahın yerinə ibadət etdiklərindən uzaqlaşdı (və Şama tərəf getdi) ona (Bəni-İsrail peyğəmbərlərinin əcdadı olacaq oğlu) İshaqı və (nəvəsi) Yəqubu əta etdik və onların hər birini peyğəmbər etdik.
Kövsər Tağıyev:
İbrahim onları və onların tapındıqlarını tərk etdikdə ona İshaqı və Yaqubu bəxş etdik və hər birini peyğəmbər etdik.
M.Qənioğlu və T.Bilaloğlu:
İbrahim onları və onların Allahdan başqa ibadət etdiklərini [bütləri] tərk etdikdən sonra Biz ona İshaqı və Yaqubu bəxş etdik və hamısını peyğəmbər etdik.
Sabirə Dünyamalıyeva:
Sonra İbrahim, qövmündən də, Allahın altındakılardan bəndəlik etdikləri şeylərdən də uzaqlaşdıqda, Biz ona İshaqı və Yə'qubu bəxş etdik. Hamısını də peyğəmbər etdik.