Bəqərə Surəsi 49. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bir zaman Biz sizi Fironun tərəfdarlarından xilas etdik. (O vaxt) onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir sınaq var idi.
Bünyadov-Məmmədəliyev:
(Ey İsrail oğulları! Yadınıza gətirin o vaxtı ki) Firon əhli sizə (babalarınıza) ən ağır işgəncələr verdikləri, oğlan uşaqlarınızı boğazlayıb, qadınlarınızı (kəniz etmək məqsədilə) sağ buraxdıqları zaman Biz sizi onların əlindən xilas etdik. Bunlarda (sizdən ötrü) Rəbbiniz tərəfindən böyük bir imtahan var idi.
Elmir Quliyev :
Вот Мы спасли вас от рода Фараона. Они подвергали вас ужасным мучениям, убивали ваших сыновей и оставляли в живых ваших женщин. Это было для вас великим испытанием (или великой милостью) от вашего Господа.
Ələddin Sultanov:
(Ey İsrail oğulları!) Vaxtilə sizə ağır işgəncələr verən, oğlan uşaqlarınızı kəsərək öldürüb qadınlarınızı sağ buraxan Firon əhlinin əlindən sizi xilas etmişdik. Bu, sizin üçün Rəbbiniz tərəfindən böyük bir imtahan idi.
Kerbelayi Malik ağa:
Sizi Firon ailəsindən qurtarmışdıq. Onlar sizə ağır işgəncələr verir, oğullarınızın başlarını kəsib, qadınlarınızı sağ buraxırdılar. Bunda, sizin üçün Rəbbinizdən böyük bir imtahan vardır.
Ələsgər Musayev:
Onda nicat verdik sizə Firaun ailəsindənverirdilər sizə pis əzabı, zibhliyirdilər oğlanlarınızı diri saxlayırdılar qadınlarınızı bu da sizin üçün bəladır Əzim olan Rəbbinizdən.
A.Mehdiyev və D.Cəfərli:
(yadınıza salın) o zaman(ı) ki, sizə ən ağır işgəncələr verən - oğlanlarınızın başlarını bir yerdə kəsən, qadınlarınızı isə diri saxlayan fironçulardan (onların caynağından) nicat verdik. Bu işdə (sizin üçün) Rəbbiniz tərəfindən böyük bir imtahan var idi.
Kövsər Tağıyev:
Xatırlayın, sizi ən pis əzaba məruz qoyan, qadınlarınızı sağ buraxıb, oğullarınızı boğazlayan Firon ailəsindən xilas etmişdik. Bunda sizə Rəbbinizdən (gələn) böyük bir imtahan vardı.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman Biz sizi ağır bir əzaba düçar edən oğullarınızı öldürüb, qadınlarınızı diri buraxan Fironun adamlarından xilas etdik. Bu, sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq idi.
Sabirə Dünyamalıyeva:
bir zaman Biz, sizə ən pis işgəncələr verən, oğullarınızın boğazını üzən; oğullarınızı təhsilsiz, cahil saxlayıb qaragüraha çevirərək zəiflədən, qadınlarınızı sağ buraxan Fironun yaxınlarının əlindən sizi xilas etmişdik. -Və bunda sizə Rəbbiniz tərəfindən böyük bir bəla vardı.-