Furqan Surəsi 49. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
onunla ölü bir diyarı canlandıraq, yaratdığımız neçə-neçə heyvanlara necə-neçə insanlara ondan içirdək.
Bünyadov-Məmmədəliyev:
Onunla ölü bir yerə can verək, yaratdığımız heyvanları bir çox (bütün) insanları sirab edək!
Elmir Quliyev :
чтобы оживить ею мертвую землю и напоить ею многочисленный скот и многих людей из тех, кого Мы сотворили.
Ələddin Sultanov:
Ölü bir diyara onunla həyat verək, yaratdığımız bir çox heyvana insana da ondan içirdək.
Kerbelayi Malik ağa:
Onunla ölü diyarı canlandırmağımız yaratdığımız heyvanlardan insanlardan çoxunun su ehtiyacının ödənməsi üçündür.
Ələsgər Musayev:
ona görə ki, dirildək onunla ölmüş şəhəri içirdək onunla xəlq etdiyimiz davarları çoxlu insanları.
A.Mehdiyev və D.Cəfərli:
ki, onun vasitəsi ilə ölmüş torpağı dirildək onu yaratdıqlarımızdan heyvanların çoxlu insanların içməsi üçün (onların) ixtiyarına verək.
Kövsər Tağıyev:
onunla ölü torpağı canlandıraq yaratdıqlarımızdan bir çox heyvanlara insanlara su içirdək.
M.Qənioğlu və T.Bilaloğlu:
ki, ölü bir diyarı onunla cana gətirək, xəlq etdiyimiz mal-heyvana insanlara ondan bolluca su içirdək.
Sabirə Dünyamalıyeva:
ölü bir diyarı diriltmək, meydana gətirdiyimiz neçə-neçə heyvanlara insanlara su vermək məqsədi ilə