Şüəra Surəsi 49. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Firon) dedi: “Mən sizə izn verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mən sizin əllərinizi ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”.
Bünyadov-Məmmədəliyev:
(Firon) dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz, çünki o, həqiqətdə sizə sehr öyrətmiş olan böyüyünüzdür. (Heç eybi yoxdur. Əzabımın olduğunu) sözsüz ki, biləcəksiniz. Mütləq əl-ayağınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm!”
Elmir Quliyev :
Он сказал: "Неужели вы поверили ему до того, как я позволил вам? Воистину, он старший из вас, который научил вас колдовству! Но скоро вы узнаете! Я отрублю вам руки и ноги накрест и распну вас всех!"
Ələddin Sultanov:
(Firon qəzəblənərək:) “Mən sizə icazə vermədən ona iman gətirdiniz. Deməli, o, sizə sehr öyrədən böyüyünüzdür. Əlbəttə, (sizə edəcəyimi) biləcəksiniz. Mütləq sizin əllərinizi ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm!” - dedi.
Kerbelayi Malik ağa:
(Firon): ‘Mən sizə icazə vermədən əvvəl, siz Ona imanmı etdiniz? Şübhəsiz ki, O, sizə sehri öyrədən böyüyünüzdür. Artıq yaxında əlbəttə biləcəksiniz. Əllərinizi ayaqlarınızı mütləq çarpaz kəsdirəcəm. Sizin hamınızı mütləq asdıracam.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Ə, inandınız Ona, ondan qabaq ki, mən sizə izn verəm. Həqiqətən, o, sizin böyüyünüzdür odur ki, öyrədib sizə sehri indi siz biləcəksiniz. Mən qətt etdirəcəyəm əllərinizi ayaqlarınızı səlibə çəkdirəcəyəm sizi cəmiyyən!»
A.Mehdiyev və D.Cəfərli:
Firon dedi: «Mən sizə izn verməzdən öncəmi ona iman gətirdiniz?! Şübhəsiz ki, o sizə sehr öyrətmiş olan böyüyünüzdür (sizin bu mübarizəniz süni idi). Belə isə tezliklə bilərsiniz! Mütləq sizin əllərinizi ayaqlarınızı bir-birlərinə çarpaz (birini sağdan birini soldan) kəsdirib sizi hamılıqla dar ağacından asacağam».
Kövsər Tağıyev:
Firon: “Mən sizə izin vermədən ona inandınız? Əslində o, sizə sehri öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz. And olsun, əllərinizi ayaqlarınızı çarpaz kəsəcəyəm hamınızı asacağam”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Firon dedi: “Mən sizə izn verməmiş siz ona inandınız? O ki, sizə sehrbazlığı öyrətmiş böyüyünüzdür. Görərsiniz, mən sizin əllərinizi qıçlarınızı çal-çarpaz kəsəcək həqiqətən hamınızı çarmıxa çəkəcəyəm!"
Sabirə Dünyamalıyeva:
Firon dedi ki: “Mən sizə izin vermədən, ona imanmı etdiniz? Şübhəsiz ki, o, əlbəttə sizə sehri öyrədən böyüyünüzdür! Yaxşı, yaxında biləcəksiniz! And olsun, əllərinizi ayaqlarınızı çaprazlama/ard-arda kəsdirəcəyəm tam yəqinliklə bilin ki, hamınızı asdıracağam!”