Nəml Surəsi 49. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar dedilər: “Bir-birinizin yanında Allaha and için ki, gecə ona ailəsinə basqın edib öldürəcək, sonra da onun yaxın qohumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik biz, həqiqətən, düzünü deyirik”.
Bünyadov-Məmmədəliyev:
Onlar öz aralarında Allaha and içib belə dedilər: “Biz gecə ona ailəsinə (yaxud ona iman gətirənlərə) hücum edib (hamısını) öldürəcək, sonra da onun (qanını almaq istəyən) qəyyumuna deyəcəyik ki, biz onun ailəsinin (kimlər tərəfindən) öldürüldüyünü görməmişik (öldürüldüyü yerdə olmamışıq) biz, həqiqətən, doğru danışırıq!”
Elmir Quliyev :
Они сказали: "Поклянитесь друг другу Аллахом, что ночью мы обязательно нападем на Салиха и его семью, а потом скажем его близкому родственнику, что мы не присутствовали при убийстве его семьи и что мы говорим правду".
Ələddin Sultanov:
Onlar öz aralarında Allaha and içərək belə dedilər: “Gecə ona (Salehə) ailəsinə hücum edək (hamısını öldürək), sonra da vəlisinə: “Onun ailəsinin öldürüldüyü əsnada biz orada olmamışıq. Həqiqətən, biz doğru deyirik”, - deyək.
Kerbelayi Malik ağa:
Allaha and içərək dedilər ki: ‘Biz gecə mütləq ona ailəsinə hücum edək (onları öldürək). Sonra da onun dostlarına onun ailəsinin həlak edilməsini görmədik həqiqətən biz doğru söyləyirik.’ deyək.
Ələsgər Musayev:
Dedilər: «Bir-birinizə Allah ilə and için ki, biz, gecə ona onun əhlinə hücum edərik, sonra onun vəlisinə deyərik: ‘‘Biz onun əhlinin həlakında şahid olmadıq həqiqətən, biz, sadiqlərik!»
A.Mehdiyev və D.Cəfərli:
Onlar bir-birlərinə dedilər: «Allaha birlikdə and için ki, ona ailəsinə gecə ikən hücum edək, sonra da qəyyumuna (vəlisinə) deyərik ki, biz (onun və) ailəsinin (kim tərəfindən) qətl olunduğunu görməmişik əlbəttə, biz düz danışanıq».
Kövsər Tağıyev:
Öz aralarında Allaha and içərək belə dedilər: “Onu ailəsini gecə vaxtı mütləq öldürəcəyik, sonra isə onun vəlisinə: “Biz onun ailəsinin öldürülməsinə şahid olmadıq. Biz, həqiqətən, doğru söyləyənlərik”, deyəcəyik”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Bir-biriniz üçün Allaha and için ki, Biz bir qəfil gecə hücumu ilə onu ailəsini öldürək, sonra isə onun himayəçisinə deyək: "Biz həqiqətən, onun ailəsinin öldürülməsinin şahidi deyilik. Biz həqiqətən düzünü deyirik."
Sabirə Dünyamalıyeva:
Allaha birlikdə and içərək, "Gecə ona ailəsinə basqın edəcəyik, sonra da qəyyumuna/hüquqlarını qoruyacaq yaxınlarına, ‘Biz o ailənin məhv edildiyinə şahid olmadıq/hadisə baş verərkən orada deyildik biz həqiqətən doğruçularıq’ deyəcəyik" dedilər.