Əlixan Musayev:
De: “Əgər doğru deyirsinizsə, Allah tərəfindən elə bir Kitab gətirin ki, bu ikisindən daha doğru yol göstərən bir rəhbər olsun və mən də ona tabe olum!”
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “Əgər doğru deyirsinizsə, Allahın dərgahından bu ikisindən (Qurandan və Tövratdan) daha doğru yol göstərən bir kitab gətirin, mən də ona tabe olum!”
Elmir Quliyev
:
Скажи: "Если вы говорите правду, то принесите Писание от Аллаха, которое было бы более верным руководством, чем эти два Писания, и я последую за ним".
Ələddin Sultanov:
De: “Əgər doğru söyləyirsinizsə, onda Allah dərgahından, bu ikisindən daha doğru bir kitab gətirin ki, mən də ona tabe olum”.
Kerbelayi Malik ağa:
(Onlara) de ki: ‘Əgər siz doğru söyləyənlərdənsinizsə, Allahın dərgahından, o ikisindən daha çox hidayətə ərdirən bir kitab gətirin, ona tabe olum.’
Ələsgər Musayev:
De: «Onda g?tirin Allah yan?ndan kitab ki, tabe olum ona, hans? ki, bu ikisind?n daha dogru hiday?t ed?ndir, ?g?r oldunuz sadiql?r.
A.Mehdiyev və D.Cəfərli:
(Ya Peyğəmbər!) de: «Əgər siz düz danışansınızsa, Allah tərəfindən elə bir kitab gətirin ki, bu ikisindən (Tövrat və Qur’andan) daha doğru yol göstərən olsun ki, mən ona tabe olum».
Kövsər Tağıyev:
De ki: “Əgər doğru söyləyənlərsinizsə, Allah qatından, doğru yola bu ikisindən (Tövrat və Qur`andan) daha yaxşı hidayət edən bir kitab gətirin, mən də ona tabe olum”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Əgər düz deyirsinizsə, onda Allahın dərgahından elə bir kitab gətirin ki, bunların ikisindən də daha doğru yol göstərici olsun. Mən də onun ardınca gedim."
Sabirə Dünyamalıyeva:
De ki: "Əgər doğru kəslərsinizsə, dərhal Allah dərgahından mənə və Musaya nazil olan kitablardan daha çox doğruluğa bələdçi olan bir kitab gətirin, mən də ona tabe olum!"