Ənkəbut Surəsi 49. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əksinə, bu (Quran) elm verilmiş kəslərin kökslərində olan açıq-aydın ayələrdir. Bizim ayələrimizi ancaq zalımlar inkar edirlər.
Bünyadov-Məmmədəliyev:
Xeyr, bu (Quran) elm verilmiş kəslərin sinələrində (əzbər) olan açıq-aydın ayələrdir. (Və ya: sənin yazıb oxumaqla məşğul olmadığını kitab əhlindən olan elm sahibləri öz ürəklərində açıq-aşkar bilirlər). Bizim ayələrimizi yalnız zalımlar (kafirlər) inkar edərlər.
Elmir Quliyev :
Напротив, это ясные аяты в груди тех, кому даровано знание, и только беззаконники отвергают Наши знамения.
Ələddin Sultanov:
Əksinə, o (Quran), elm verilmiş kimsələrin sinələrində yer tutmuş açıq-aydın ayələrdir. Bizim ayələrimizi yalnız zalımlar inkar edər.
Kerbelayi Malik ağa:
Xeyr, O (Qurani Kərim), elm verilənlərin qəlblərində olan açıq-aydın ayələrdir. Zalımlardan başqası ayələrimizi bilə-bilə inkar etməz.
Ələsgər Musayev:
Bəli, o aşkar ayətlərdir ürəklərində o kəslərin ki, onlara əta olunub elm. Ayətlərimizlə Bizi danarlar ancaq zalimlər!
A.Mehdiyev və D.Cəfərli:
Xeyr, bu Qur’an (İlahi) elm verilmiş kəslərin sinələrində olan açıq-aydın ayələrdir. Bizim ayələrimizi zalımlardan başqa (heç kəs) inkar etmir.
Kövsər Tağıyev:
Xeyr, o, elm verilənlərin qəlblərindəki açıq-aydın ayələrdir. Bizim ayələrimizi ancaq zalımlar inkar edər.
M.Qənioğlu və T.Bilaloğlu:
Əksinə bu, bilik bəxş olunmuşların ürəklərində aydın ayələrdir. Ayələrimizi ancaq haqsızlar inkar edirlər.
Sabirə Dünyamalıyeva:
Əksinə, Quran, elm verilmiş kəslərin sinələrində açıq-aydın ayələrdir. Bizim ayələrimizi ancaq səhv; öz zərərinə olan əməli işləyənlər bilə-bilə rədd edər.